SON XƏBƏRLƏR

İran müxalifəti sanksiyalarla bağlı həyəcan təbili çalır

2021.10.20, 07:36
İran müxalifəti sanksiyalarla bağlı həyəcan təbili çalır

Gunaz.tv

GünAzTv: İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvi internetdə açıqlama yayraq hökumətin nüvə siyasətini və prezident Mahmud Əhmədinejadın BMT Təhlükəsizlik Şurasının son qətnaməsi haqda dediyi “Bu qətnamələr istifadə olunmuş dəsmal kimidir və zibil qabına atılmalıdır” sözlərini kəskin tənqid edib.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, Musəvi BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaları nəzərdə tutan 9 iyun qətnaməsinin ölkə iqtisadiyyatına böyük zərbə vuracağını deyib: “Bu qətnaməni də digər qətnamələr kimi kağız parçası adlandırmaq xalqın və ölkənin problemlərini həll etmir. Siyasətimiz ağıl və təfəkkürə söykənsəydi, bu qətnamə boynumuza qoyulmazdı.

Qətnaməni istifadə olunmuş dəsmal adlandırmaqla bədbəxtliklər azalmayacaq. Gün kimi aydındır ki, bu qətnamə ölkəmizin iqtisadiyyatına və təhlükəsizliyinə təsir göstərəcək, istehsalımızı azaldacaq, işsizliyi artıracaq, xalqı məişət problemlərinin məngənəsində sıxacaq, bizi inkişafda olan ölkələrdən, o sıradan da rəqib qonşu ölkələrdən geri salacaq.

Təəssüflər olsun ki, xalqımız bu səriştəsiz siyasət nəticəsində ölkənin nə qədər ciddi bir təhlükə ilə üz-üzə dayandığından xəbərsizdir. Bu gün ölkənin təhlükəyə məruz qaldığı bir vaxtda İran İnqilab Keşikçiləri Korpusu - “Sepah” düşmən əvəzinə xalqla üz-üzə dayanıb. “Sepah” qüvvələri siyasi müxalifləri əzib tutmaqda, onları təzyiq altında dindirməkdə birinci rol oynayır. Öz əvvəlki vəzifəsini unudaraq daha çox öz iqtisadi fəaliyyətini genişləndirməklə məşğuldur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar