SON XƏBƏRLƏR

İran “Bazar”ı böhran içində

2021.10.20, 07:36
İran “Bazar”ı böhran içində

Gunaz.tv

GünAzTv: İran mətbuatının yaydığı məlumatlara əsasən iyunun 6- da Tehran bazarı tətil edlib. Buna səbəb bu ilin vergilərinin artırılması göstərilib. İslahatçı müxalifətə yaxın mətbuat bildirib ki, Tehran bazarının tətil olunması əsnafın etiraz aksiyası olub. Aksiya gərginliklə müşahidə olunub.

 İSNA agentliyinin verdiyi məlumatda isə bildirilib ki, vergi orqanları ilə əsnaf arasında danışıqların nəticəsiz qalması səbəbindən əsnaf etiraz əlaməti kimi öz ticarət məntəqələrini bağlamaq qərarına gəlib. Məlumatlarda bildirilir ki, qızıl mağazaları, parça və ev əşyaları mağazaları və digər biznes mərkəzləri bu etiraz aksiyasının önündə gedirlər.

Tənqidçi Mühafizəkarlara yaxın olan Cahanniyuz saytı bildirib ki, əsnaf Ticarət Nazirliyinin vergi departanentinin nümayəndələri ilə danışıqlar aparıb, amma İslahatçıların Kələmə saytı müzakirələrin polis ilə əsnaf arasında getdiyindən xəbər verir.  İyulun 6-ı günün ikinci yarısında Ticarət Nazirliyinin yetkililəri ilə əsnaf həmkarlar ittifaqı arasında danışıqlar yenidən başlayıb və 70 faizlik yeni vergi qanununun icrasının dayandırılması qərarına gəlinib. Bundan sonra bazar öz fəaliyyətinə başlayacağını bildirib.

Xatırladaq ki, iki il əvvəl də Əhmədinejad hakimiyyəti Əlavə Dəyər Vergilərinin tətbiqinə başlamaq istədiyi zaman bazar tətil edilmişdi. Tehran bazarının tətilinin 4-cü günündə Təbriz, İsfəhan, Məhşəd və digər böyük şəhərlərdəki bazarlar da tətillərə qatılmışdı. Bundan sonra Əhmədinejad hakimiyyəti geri addım ataraq ƏDV-nin tətbiqini dayandırmışdı. Əhmədinejad əvvəllər bu növ verginin yavaş-yavaş icra olunmasını istəsə də etiraz aksiyalarının genişlənməsindən ehtiyatlanaraq tamamiylə dayandırılmasına qərar verdi.

Tehran bazari İranda güclü ticarət mərkəzlərdən biri sayılır. Əksər tacirləri Azərbaycanlılar (Azərbaycan Türkləri) olan bu bazar İranın iqtisadi və ticari ürəyi hesab olunur. Onun tətilinin digər bazarlara bir başa təsiri olduğundan hakimiyyət daim bu məsələlərdə bazarla razılaşmağa məcbur qalır. İndi bu prosesin növbəti mərhələsi yaşandı. Araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar