Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Yerevan işğal altında olan 7 rayondan 5-ni azad edəcəyi halda, Azərbaycan Dağlıq Qarabağa keçici status verilməsinə, keçmiş muxtar qurumun inzibati sərhədləri boyu sülhməramlı qüvvələrin yerləşdirilməsinə razılıq verəcək və adı çəkilən regionun Ermənistanla birbaşa əlaqələr saxlamasına imkan verəcək koridorun fəaliyyətinə mane olmayacaq.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda Ermənistan tərəfindən işğal edilən 7 rayondan 5-nin azad edilməsi ilə bağlı məsələ yekun mərhələsinə qədəm qoyub. Bunu münaqişə regionuna səfər edən və burada hər iki ölkənin prezidentləri və xarici işlər nazirləri ilə görüşən ATƏT Minsk Qrupu həmsədrlərinin verdikləri bəyanat da sübut edir. Bəyanatda həmsədrlər ilk dəfə yenilənmiş Madrid prinsiplərinin mahiyyətinə aydınlıq gətiriblər. Qeyd edilib ki sənəddə işğal altında olan 7 rayondan 5-nin azad edilməsi, Dağlıq Qarabağa aralıq statusunun verilməsi və keçmiş muxtar qurumun sərhədləri boyunca beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirlməsi nəzərdə tutulur. Halbuki Ermənistan rəhbərliyi dəfələrlə danışıqlarda bu məsələnin gündəmə gəlmədiyini vurğulayırdı.
GünAzTv mətbuat mərkəzinin “Zaman”-a istinadən yaydığı məlumata görə, Həmsədrlərin bəyanatında diqqəti cəlb edən digər bir məsələ də Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin, işğal altında olan rayonların azad edilməsinin vacibliyinin xüsusi vurğulanmasıdır. Bu isə Azərbaycanın ərazi bütövlüyünün bərpasının qaçılmaz zərurət olmasının artıq beynəlxalq səviyyədə qəbul edilməsi kimi dəyərləndirilə bilər.
İşğal altında olan 2 rayonun azad edilməsi məsələsinə gəlincə, bu, 5 ildən sonra baş verəcək. Həmin dövrə kimi isə kommunikasiyaların açılması, qaçqınların öz evlərinə qayıtması, əhalinin təklükəsizliyini təmin etmək üçün sülhməramlı qüvvələrin yerləşdirilməsi, Dağlıq Qarabağa geniş özünüidarəetməni təmin edən aralıq statusunun verilməsi məsələsi tam şəkildə həllini tapacaq. Bundan sonra növbəti mərhələdə isə Dağlıq Qarabağın son statusu müzakirə ediləcək. Bütün bunların reallaşması öz növbəsində Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına və münasibətlərin normallaşdırılmasına şərait yaradacaq.
Bəyanatda qeyd edilib ki, hər iki ölkə prezidentləri yenilənmiş Madrid prinsiplərində nəzərdə tutulanların yerinə yetirlməsinin vacibliyni anlayır və bunu irəliyə doğru atılan önəmli addım hesab etmək olar. Bütün bunları nəzərə alan həmsədrlər israrla tərəfləri münaqişənin həllində konstruktiv addımlar atmağa və sülh sazişinin işlənməsinə başlamaq üçün əsas prinsiplər üzrə işlərin başa çatdırılmasına keçməyə çağırıblar.
Həmsədrlər bəyanatda tərəfləri 1994-cü il atəşkəs haqqında sazişə ciddi əməl etməyə və qoşunların təmas xəttində təmkinli olmağa çağırıblar. Səfər zamanı həmsədrlər tərəflərə bu ilin payızında işğal olunmuş ərazilərə prinsip etibarilə qəbul edilmiş səfər planını təqdim ediblər.
Bəyanatda bildirilir ki, həmsədrlər iyulun 16-17-də Almatıda ATƏT-in qeyri-formal sammitinin kuluarlarında Ermənistan və Azərbaycanın nümayəndə heyətlərinin rəhbərləri və onların xarici işlər nazirləri səviyyəsində görüşlərin keçiriləcəyinə də ümid edirlər.
Həmsədrlər həmçinin, iyunun 18-də qoşunların təmas xəttində baş vermiş insidenti də müzakirə ediblər. Onlar atəşkəs rejiminin yolverilməz pozuntusu olan insidenti pisləyiblər, insanların mənasız ölümü ilə bağlı öz təəssüflərini yenidən təsdiqləyiblər.
Prezident də 5 rayonun
azad ediləcəyini dedi
Onu da deyək ki, həmsədrlərin bəyanatından bir gün əvvəl Prezident İlham Əliyev Bakıda Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının açılışında söylədiyi nitqində bildirib ki, nizamlanma prinsiplərinə əsasən ilk növbədə, Dağlıq Qarabağın ətrafında yerləşən işğal edilmiş bütün bölgələrdən işğalçı qüvvələr çıxarılır: “Beş rayon dərhal, iki rayon - Kəlbəcər və Laçın rayonları müəyyən müddətdən sonra qaytarılır. Təkliflərdə beş il müddət nəzərdə tutulub. Bunun səbəbi ondan ibarətdir ki, Kəlbəcər və Laçın rayonları Dağlıq Qarabağla Ermənistan arasında yerləşir və bir növ o rayonlara Azərbaycan əhalisinin qayıtması üçün təhlükəsizlik tədbirləri daha da böyük həcmdə görülməlidir. Ancaq bütün bölgələr, bütün rayonlar Azərbaycanın nəzarəti altına qayıdır. Ermənistanla Dağlıq Qarabağ arasında yol, yəni dəhliz fəaliyyət göstərir və Azərbaycan bu təkliflərlə də razılaşıb. Çünki bu, münaqişənin həlli üçün vacib olan məsələdir”.
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu