SON XƏBƏRLƏR

Təbriz Beynəlxalq Riyaziyyat Konfransına yol tapan 100 şəhərdən biri oldu

2021.10.20, 07:36
Təbriz Beynəlxalq Riyaziyyat Konfransına yol tapan 100 şəhərdən biri oldu

Gunaz.tv

GünAzTv: Təbriz Moskvada keçiriləcək Beybəlxalq Riyaziyyat Konfransında iştirak edəcək. Adı çəkilən konfransa ancaq dünyanın seçilmiş 100 şəhəri qatıla biləcək.

 

Şərqi Azərbaycan riyaziyyat dəbirxanasının məsulu bəyan edib ki, Təbrizli tələbələrin də iştirak edəcəyi konfrans avqust ayının 1-dən, 13-nə (mordadın 10-dan, 22-nə) qədər dəvam edəcək.

 

Məlumata görə, sözü gedən konfransın birinci mərhələsində dünyanın 300 tanınmış şəhəri iştirak edib. Ancaq beynəlxalq konfransın final mərhələsinə 100 şəhər yol tapa bilib. Bu uğur çətin rəqabətdən sonra mümkün olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar