SON XƏBƏRLƏR

Güney Azərbaycanda BİLDİRİŞlər yayılıb

2021.10.20, 07:36
Güney Azərbaycanda BİLDİRİŞlər yayılıb

Gunaz.tv

GünAzTv: 22 may (Milli Qiyam) hadisələrinin 4-cü ildönümü ərəfəsindən yeni vüsət alan həbslər dalğası, Güney Azərbaycanda həyəcanı artırıb.

 

Güneyin bir neçə şəhərində o cümlədən Təbriz və Qoşaçayda milli-mədəni fəalların həbs edilməsini qınayan və onların qeyd-şərtsiz azadlığını tələb edən “bildiriş”lər yayılıb. Bu barədə “Olaylar” Güney mənbələrinə istinadən xəbər yayıb.

 

Məlumata görə, “bildiriş”lər yayıldıqdan sonra polis xüsusi axtariş tədbirlərinə başlayıb. Ancaq hələlik polis heç nəyə nail olmayıb və “bildiriş”lərin sayı getdikcə artır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar