SON XƏBƏRLƏR

Avropa öz hava məkanını İranın üzünə qapatdı

2021.10.20, 07:36
Avropa öz hava məkanını İranın üzünə qapatdı

Gunaz.tv

GünAzTv: Avropa Komissiyası “İran Air” şirkətinin təyyarələrinin əksəriyyətinin Avropa Birliyi ölkələrinə uçuşlarını qadağan edib.

İran aviaşirkətinin bir çox təyyarəsi hələ bu ilin mart ayında Avropa Komissiyasının “qara siyahı”sına düşüb. Bu siyahı iyulun 6-da yenilənib və ora bəzi “Airbus-320”, “Boeing-727” və “Boeing-747” təyyarələri də əlavə olunub. Yasaq şirkətin 23 təyyarəsinə şamil olunmayıb. Bunlar arasında 14 ədəd “Airbus-300”, 8 ədəd “Airbus-310” və 1 ədəd “Boeing-737” var.

Avropa Komissiyasının nümayəndəsi Helen Kerns bildirib ki, qərar yalnız təhlükəsizlik mülahizələri ilə qəbul olunub və siyasi xarakter daşımır.

 Ümumilikdə “qara siyahı”da 17 ölkədən 282 şirkətin adı var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar