SON XƏBƏRLƏR

Milli-mədəni fəallar həbsdə saxlanılan 2 fəalın ailəsi ilə görüşüblər

2021.10.20, 07:36
Milli-mədəni fəallar həbsdə saxlanılan 2 fəalın ailəsi ilə görüşüblər

Gunaz.tv

GünAzTv mətbuat mərkəzinin “Öyrənci” saytına istinadən yaydığı məlumata görə, bir qrup milli-mədəni fəal hazırda İran rejiminin həbsxanalarında saxlanılan 2 fəalın ailəsi ilə görüş keçiriblər.

 

Məlumata görə, Firuz Yusifi və Əkbər Azad cənablarının ailələri onların dosyasını Tehran İnqilab Məhkəməsindən təqib edirlər. məhbusların ailəsində yüksək səviyyədə cəsarət. Dözüm və iradə müşahidə olunub.

 

Azərbaycanın milli kimliyi uğrunda dinc fəaliyyətlərinə görə həbs edilən soydaşlarımızın ailəsi ilə görüş keçirən milli-mədəni fəallar onların yolunu dəvam etdirməsini vacib sayib, bu yoldan heç vaxt geri dönməyəcəklərini vurqulayıblar.

 

Qeyd edək ki, adını çəkdiyimiz ailələrlə görüş keçirən milli-mədəni fəalların kimliyi barədə heç bir məlumat verilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar