SON XƏBƏRLƏR

Roza Otunbayeva: Qırğızıstanda yenə qan tökülə bilər

2021.10.20, 07:36
Roza Otunbayeva: Qırğızıstanda yenə qan tökülə bilər

Gunaz.tv

GünAzTv: Keçən həftə sonu and içərək vəzifəsinin icrasına başlayan Qırğızıstan prezidenti Roza Otunbayeva ölkədə yeni toqquşmaların ola biləcəyinə dair xəbərdarlıq edib.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin anadan olmasının 70-ci ildönümü və Astananın paytaxt elan edilməsinin 12-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək üçün bu ölkəyə səfər edən Otunbayeva burada Rusiya prezidenti Dmitri Medvedevlə bir araya gəlib.

Otunbayeva keçən ay baş verən toqquşmalarda rəsmi rəqəmlərə görə, 300 nəfərin öldüyünü, yarım milyona yaxın insanın qaçqın vəziyyətinə düşdüyünü söyləyib.

Dövlət başçısı hazırda ölkədə sakitlik hökm sürdüyünü, ancaq yenidən qan tökülə biləcəyini söyləyib.

Rusiya prezidenti isə on illərdir Qırğızıstanda etnik müxtəlifliklərin mövcud olduğunu söyləyərək problemlərin həllində bu ölkənin yanında olacaqlarını qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar