SON XƏBƏRLƏR

Amerika Ermənistan və Dağlıq Qarabağ bölgəsindəki seperatçı rejimə maliyyə yardımı edəcək

2021.10.20, 07:36
Amerika Ermənistan və Dağlıq Qarabağ bölgəsindəki seperatçı rejimə maliyyə yardımı edəcək

Gunaz.tv

GünAzT mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, ABŞ (Amerika Birləşmiş Ştatları) Konqresinin Nümayəndələr Palatasının xarici maliyyələşdirmə üzrə komitəsi 2011-ci il üçün dövlət büdcəsində Ermənistana 44 milyon dollar həcmində maliyyə yardımı ayrılmasını nəzərdə tutub.

 

Həmçinin Barak Obama administrasiyası Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki seperatçı rejimə maliyyə yardımını isə ötən illə müqayisədə 2 milyon dollar artıraraq 10 milyona  çatdırmağı təklif edib.

 

Ekspertlər bu qərarı ABŞ-Azərbaycan dövlətlərarası strateji tərəfdaşlıq münasibətlərinin ruhuna və məntiqinə zidd hesab edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar