SON XƏBƏRLƏR

Bursada YEDDİ DÖVLƏT - BİR MİLLƏT bayraq meydanı açıldı

2021.10.20, 07:36
Bursada YEDDİ DÖVLƏT - BİR MİLLƏT bayraq meydanı açıldı

Gunaz.tv

GünAzTv: Bursa Yıldırım Bələdiyyəsinin önündə Yeddi Dövlət - Bir Millət Bayraq Meydanının təntənəli açılış mərasimi olub. Diplomatik korpus nümayəndələri, Bursa Yıldırım Bələdiyyəsi başqanı Özgen Keskin, Yeddi Dövlət - Bir Millət Kültür və Dayanışma Dərnəyi başqanı İbrahim Demirtaş, Yeddi Dövlət - Bir Millət Konseyi başqanı Azər Həsrət və çox sayda ictimai-siyasi xadimlərin qatılımı ilə gerçəkləşən tədbirdə öncə mehtər marşları səsləndi, ardından da rəsmi çıxışlar edilməklə yeddi bağımsız Türk dövlətinin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Quzey Kıbrıs Türk Cümhuriyyəti, Özbəkistan, Türkiyə və Türkmənistanın bayraqları qaldırılıb. Bunun ardından da Bursa sakinlərinin iştirakı ilə ozan Araz Elsəs konsert verib. Daha sonra konsert daha bir ünlü sənətçi - Orhan Hakalmazın ifası ilə davam edib.

Bayraq meydanı açılış törənindəki açılış çıxışında Yeddi Dövlət - Bir Millət Konseyi başqanı Azər Həsrət belə bir olayın Türk dövlətləri arasındakı inteqrasiyaya ciddi təsir edə biləcəyini söyləyib.Yıldırım Bələdiyyə başqanı Özgen Keskin isə öz çıxışında bu yöndə olan ilk addımın məhz onların bələdiyyəsinə müyəssər olmasından xüsusi qürur duyduqlarını deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar