SON XƏBƏRLƏR

Hilları Klinton Rusiyanı “işğalçı” adlandırdı

2021.10.20, 07:36
Hilları Klinton Rusiyanı “işğalçı” adlandırdı

Gunaz.tv

GünAzTv: Vəziyyətin bu cür davam etməsi ilə barışa bilmərik və Gürcüstan ərazisinin işğaldan azad olunmasına çalışacağıq.

“Gürcüstanın ərazisi Rusiya tərəfindən işğal olunub və ABŞ (Amerika Birləşmiş Ştatları) heç vaxt bununla barışmayacaq. Biz Gürcüstanın ərazi bütövlüyünün bərpasına çalışacağıq”. Bu fikri Tiflisdə Gürcüstanın qadın liderləri ilə görüşdə ABŞ-ın dövlət katibi Hillari Klinton ifadə edib. Görüşdə 150 qadın, o cümlədən müxalifət partiyalarının nümayəndələri iştirak edib. “Biz vəziyyətin bu cür davam etməsi ilə barışa bilmərik və Gürcüstan ərazisinin işğaldan azad olunmasına çalışacağıq. Gürcüstan xalqı ardıcıl olaraq ölkənin ərazi bütövlüyü və azadlığı uğrunda mübarizə aparmalıdır” deyən dövlət katibi qaçqınların öz evlərinə qayıtmaq haqlarının olduğunu da bildirib.Gürcüstanın birinci xanımı Sandra Rulofsun təklifinə cavab olaraq xanım Klinton deyib ki, ABŞ qadın təşkilatlarının fəallaşmasını və onların münaqişə zonasındakı həmkarları ilə münasibətlərin normallaşmasında xüsusi rolunu dəstəkləyir: “Bu, münaqişənin yoluna qoyulmasında çox vacib komponentdir və bundan maksimum istifadə olunmalıdır” (ans press).Xatırladaq ki, iyulun 1-dən ABŞ-ın dövlət katibi Hillari Klinton Şərqi Avropa və Cənubi Qafqaz ölkələrinə rəsmi səfərə çıxıb. Xanım Klinton Gürcüstana qədər Ukrayna, Polşa, Azərbaycan və Ermənistanda olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar