SON XƏBƏRLƏR

Urmuda 2 nəfər asıldı, daha 5 nəfəri isə edam gözləyir

2021.10.20, 07:36
Urmuda 2 nəfər asıldı, daha 5 nəfəri isə edam gözləyir

Gunaz.tv

GünAzTv: Bu gün (iyul ayının 5-i, tir ayının 14-ü) səhər vaxtı Urmunun mərkəzi zindanında 2 nəfər asılaraq edam edilib.

 

GünAzTv mətbuat mərkəzinin HERANA-ya istinadən yaydığı məlumata görə, Mustafa Rəhimi öz anası isə birlikdə edam olunub.

 

Edam olunan şəxslər narkotik qaçaqmalçılığında ittiham olunublar. Ancaq HERANa bu ittihamla razılaşmır.

 

Qeyd edək ki, ana və evladı gözlənilmədən edam olunublar. Öncədən bu barədə heç bir məlumat olmayıb.

 

Həmçinin Urmu mərkəzi zindanında saxlanılan 5 nəfər məhbus yaxında edam olunacaqlar. Onlar hökmün icrası üçün bü gün səhərçağı təknəfərlik kameraya köçürülüblər.

 

Onların üçünün adı bəlli olub: Feysəl Saidi, Kərəm Əzizi və Ümid Nurani.

 

Məhkəmə rəsmiləri edam olunacaq 5 nəfərin ittihamını açıqlayıblar. Onlar da narkotik qaçaqmalçılığında ittiham olunurlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar