SON XƏBƏRLƏR

Hüseyn Nəsiri ancaq 130000 dollarlıq mülki vəsiqə qarşılığında azad ola bilər

2021.10.20, 07:36
Hüseyn Nəsiri ancaq 130000 dollarlıq mülki vəsiqə qarşılığında azad ola bilər

Gunaz.tv

GünAzTv: İlk olaraq Üskü məhkəməsi cənab Nəsirini 30000 dollarlıq (30 milyon tümən) mülki vəsiqə qarşılığında azad olunmasını mümkün sayıb.

 

Lakin hazırda Təbriz məhkəməsi onun keçmişdəki mədəni fəaliyyətlərinə görə, başqa bir hökm çıxarıb. Bu hökmə görə, cənab Nəsirinin ailəsi daha 100000 dollarlıq (100 milyon tümən) mülki vəsiqə hazırlamalıdır. Bununlada adını çəkdiyimiz mədəni fəalın azadlığa buraxılması üçün 130 min (130 milyon tümən) dollar dəyərində mülki vəsiqəyə ehtiyac var.

 

Xatırladaq ki, Nəsiri 2010-cu il aprel ayının 2-də (1389-cu il fərvərdin ayının 13-ü) Urmu Gölünün qurumasına etiraz əlaməti olaraq, “Urmu Gölü Yığıncağına” qatılıb. Lakin digər yığıncaq iştirakçıları kimi, İran Təhlükəsizlik Qüvvələri tərəfindən hücumlara məruz qalıb və 10-larla soydaşımızla birlikdə dövlətin xüsusi dəstələri tərəfindən yaxalanıb.

 

Məlumatlara əsasən mədəni fəal Hüseyn Nəsiri yaxalandıqdan sonra ilk olaraq Üskü şəhərinin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə, sonra Təbrizin ETTELAATına və nəhayət 2 ay təknəfərlik kamerada saxlanıldıqdan sonra Təbrizin mərkəzi zindanına aparılıb.

 

Onun yaxınlarının məlumatına görə, Nəsirini bir neçə dəfə Təbrizin mərkəzi zindanından ETTELAAT idarəsinə aparıb və sorğu-suala tutublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar