SON XƏBƏRLƏR

Daha bir tanınmış milli-mədəni fəal, hüquq müdafiəçisi həbs olunub

2021.10.20, 07:36
Daha bir tanınmış milli-mədəni fəal, hüquq müdafiəçisi həbs olunub

Gunaz.tv

GünAzTv: Azərbaycanın milli hüquqları zəminində dinc mübarizə aparan, tanınmış fəal, insan haqları müdafiəçisi və İnsan Haqları Reportyorlar Komitəsinin üyəsi cənab mühəndis Həsən Rəhimi Bəyat İran rejimi tərəfindən həbs edilib.

 

Tutuqlanma hadisəsini görən şahidlər bildiriblər ki, 4 nəfər ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları adını çəkdiyimiz soydaşımızın Tehrandakı iş yerinə gedib,  onu yaxalayıb və “Evin” zindanına aparıblar.

 

O 2010-cu il iyul ayının 3-də (1389-cu il tir ayının 12-i) öz iş yerində yaxalanıb.

 

Qeyd edək ki, mühəndis Həsən Rəhimi Bayat iki il əvvəl də qatıldığı bir iftar mərasimində 20-yə yaxın digər azərbaycanlı fəalla birlikdə tutularaq 40 gün Tehranın Evin zindanının 240 və 209 bölmələrində (bəndlərində)  saxlandıqdan sonra azadlığa buraxılıb.

 

Xatırladaq ki, Cənab Həsən Rəhimi Bayat insan haqları müdafiəsində və milli hüquqlar zəminində etdiyi fəaliyyətlərə görə, tanınmış fəallardan hesab olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar