SON XƏBƏRLƏR

Klinton Sarkisyanla görüşdə susmağa üstünlük verib

2021.10.20, 07:36
Klinton Sarkisyanla görüşdə susmağa üstünlük verib

Gunaz.tv

GünAzTv: Serj Sarkisyan Azərbaycan vətəndaşı olan ermənilərin taleyinə növbəti dəfə toxundu.

“Qarabağ xalqı öz taleyini müəyyənləşdirmək və tarixi ərazilərində inkişaf etmək hüququna malikdir”. Ermənistan prezidenti Serj Sarkisyan beynəlxalq hüuquq normalarına zidd bu bəyanatla ABŞ-ın (Amerika Birləşmiş Ştatları) dövlət katibi Hillari Klintonla görüş zamanı çıxış edib.

GünAzTv mətbuat mərkəzinin “Ans press”-ə istinadən yaydığı məlumata görə,  Məlumatı Ermənistanın dövlət başçısının mətbuat xidməti yayıb. Serj Sarkisyan bildirib ki, Qarabağ ermənilərinin bu hüququ ayrılmazdır. Onun sözlərinə görə, dünyanın bir çox xalqları bu hüquq sayəsində özlərini xoşbəxt hesab edirlər. Amma Serj Sarkisyan xoşbəxtliyini başqa ölkənin ərazilərinin işğalında görən axmaq xalqların adını sadalamayıb.Serj Sarkisyan deyib ki, Birləşmiş Ştatlar bir çox illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verib: “Bu gün erməni xalqı qarşısında duran əsas vəzifə Dağlıq Qarabağ münaqişəsinin beynəlalq hüququn prinsipləri əsasında həllinə nail olmaqdır”.Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatına inansaq, ABŞ-ın dövlət katibi Hillari Klinton görüşdə heç nə danışmayıb. Çünki məlumatda ABŞ rəsmisinin çıxışı barədə bir cümlə də yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar