SON XƏBƏRLƏR

Davudoğlu Qırğızıstana, Gül isə Qazaxıstana sәfәr edib

2021.10.20, 07:36
Davudoğlu Qırğızıstana, Gül isə Qazaxıstana sәfәr edib

Gunaz.tv

GünAzTv: Roza Otonbayeva prezident vezifәsini boynuna götürdükdәn sonra ilk olaraq Türkiyәnin xarici işlәr naziri Әhmәd Davudoğlunu qәbul edib.

Türkiyәnin xarici işlәr naziri Әhmәd Davudoğlu, dünәn Roza Otunbayevanın dövlәt başçısı olaraq vezifәyә başlaması münasibәti ilә keçirilәn mәrasimә qatılmaq vә görüşlәr keçirmәk üçün Qırğızıstana sәfәrә gedib. Davudoğlu, mәrasimdәn sonra Otonbayeva ilә bir araya gәlib.

Qeyd edәk ki, Roza Otonbayeva prezident vezifәsini boynuna götürdükdәn sonra ilk olaraq Türkiyәnin xarici işlәr naziri Әhmәd Davudoğlunu qәbul edib.

saat yarım çәkәn görüş zamanı Otonbayeva Türkiyәni dost ve qardaş kimi Qırğızıstanın yanında görmәkdәn dәrin mәmnuniyyәt duyduğunu deyib.

Xarici işlәr naziri Әhmәd Davudoğlu, Qırğızıstana sәfәri çәrçivәsindә müvәqqәti rәhbәrliyin xarici işlәr naziri Ruslan Qazaqbayevlә dә bir araya gәlib.

Digər bir xəbərə əsasən Dövlәt başçısı Abdulla Gül, paytaxt şәhәr Astananın quruluş il dönümü vә Qazaxıstan prezidenti Nur Sultan Nazarbayevin ad günü münasibәtilә keçirilәcәk mәrasimlәrә şәrәf qonağı olaraq qatılmaq mәqsәdilә adı çәkilәn ölkәyә sәfәrә gedib.

Dövlәt başçısı Abdulla Gül, paytaxt şәhәr Astananın quruluş il dönümü vә Qazaxıstan prezidenti Nur Sultan Nazarbayevin ad günü münasibәtilә keçirilәcәk mәrasimlәrә şәrәf qonağı olaraq qatılmaq mәqsәdilә adı çәkilәn ölkәyә sәfәrә gedib.

Mәrasimlәrә İordaniya, Birlәşmiş Әrәb Әmirliklәri, Rusiya, Ermәnistan, Tacikistan, Ukrayna Belarus vә Qırğızıstan prezidentlәri dә qatılacaq.

Dövlәt başçısı Abdulla Gülün, mәrasimlәrdә iştirak edәcәk prezidentlәrlә regional mövzular barәsindә tәkbә-tәk görüşlәr keçirmәsi dә gözlәnilir.

Gül, hәmçinin Dünyanın әn böyük alış-veriş mәrkәzlәrindәn biri olan HAN çadırının açılış mәrasiminә qatılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar