Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Azərbaycan və Ermənistanın davranışları Qarabağda hərbi əməliyyatların yenidən başlana biləcəyinə işarə vurur.Ekspertlər bu dəfə savaşın lokal xarakter daşıyacağını proqnozlaşdırırlarİyunun 19-da Ağdarə yaxınlığında Ermənistan ordusunun işğal altındakı ərazilərimizdən cəbhə xəttini yararaq döyüşə başlaması 4 erməni əsgərinin ölümü və 5-nin də yaralanmasına səbəb olmuşdu. Müdafiə Nazirliyinin yaydığı məlumatda göstərilirdi ki, erməni əsgərləri cəbhə xəttini yararaq, Çaylı kəndi yaxınlığındakı mövqelərimizi ələ keçirməyə cəhd ediblər. Lakin əsgərlərimiz düşmənin qarşısını alıb və onları geri oturtmağı bacarıb. Toqquşmanın prezidentlərin Sankt-Peterburq görüşündən sonraya təsadüf etməsi bir sıra müşahidəçilərdə şübhə yaradıb. Bu barədə yayılan xəbərlərdə vurğulanır ki, Azərbaycan tərəfi Rusiyada keçirilən görüş zamanı bir sıra təminatlar alıb və həmin təminatlar əsasında da hərəkət etmək barədə düşünür. Həmin təminatlardan biri də Qarabağda lokal hərbi əməliyyatlara başlanılmasıdır. Bu məlumatların nə qədər həqiqət olub, olmadığını demək çətin olsa da, bilinən odur ki, cəbhə xəttində gərginlik davam edir və Ermənistanla Azərbaycan daha çox müharibəyə hazırlaşan tərəf kimi görünürlər. Bildirək ki, hadisədən bir-neçə gün sonra Azərbaycan prezidenti İlham Əliyev Daxili Qoşunlar, Sərhəd Qoşunları və Müdafiə Nazirliyinin birgə təliminə qatılıb. Orada əsgərlərin hərbi hazırlıq səviyyəsi və peşəkarlığı ilə bağlı təlimlərə baxan dövlət başçısı, həmçinin ordunun nəzarətində olan hərbi texnika ilə də tanış olub. Növbəti dəfə müharibə bəyanatları verən dövlət başçısı bildirib ki, rəsmi Bakı torpaqların işğal altında qalması ilə barışmayacaq və bunun üçün hərbi əməliyyatlara belə başlaya bilər. Maraqlı məqam odur ki, həmin addımın ardından Ermənistan prezidenti Serj Sərkisyan da təcili olaraq Qarabağa gedib. İşğal altında olan torpaqlarımızda yerləşdirilmiş erməni hərbi hissələrinə baxış keçirən və əsgərlərlə görüşən Sərkisyan onları hər an müharibəyə hazır olmağa çağırıb. Bundan başqa, o, vəd edib ki, əsgərlərin təhcizatı ilə bağlı məsələni nəzarətinə götürəcək. Nəzərinizə çatdıraq ki, bu iki gedişin ardından hər iki ölkədə bəzi hərəkətlilik də diqqəti çəkir. Eyni zamanda, gələn informasiyalar da maraqlı məqamlardan xəbər verir. Məlumatlı mənbələrin verdiyi məlumata görə, Azərbaycan tərəfi artıq xüsusi hazırlıq rejiminə keçməyə hazırlaşır. Bu hazırlıq rejimi yalnız müharibə şəraitində mümkün olur. Yəni, başa düşülən odur ki, rəsmi Bakı artıq Ermənistanı dinc yolla başa sala biləcəyinə inanmır və beynəlxalq vasitəçilərin də ermənilərə təsir etmək kimi güclərinin qalmadığının fərqindədir. Hərçənd Torontoda ABŞ, Rusiya və Fransa prezidentləri birgə bəyanat yayaraq, Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə çağırmışdılar və tələb etmişdilər ki, Qarabağ münaqişəsinin həllində tutarlı addım atsınlar. Bir başqa məlumatda isə vurğulanır ki, Azərbaycan tərəfi xüsusi rejimə keçəcəyi təqdirdə, ordunun əsas bölmələrini komplektləşdirməyə başlayacaq və qısa müddət ərzində kifayət qədər güclü və peşəkar bir hərbi kontingent yaratmalı olacaq. Döyüşlərdə hazırkı qüvvələrin iştirak edəcəyinə inanmayan mənbələr ermənilərə qarşı məhz yeni yaradılacaq ordu hissələrinin mübarizə aparacağını vurğulayırlar. Onların sözünə görə, Azərbaycanın belə imkanları var və onların işə salınmasından sonra Ermənistan çətin vəziyyətə düşə bilər. Elə Ermənistanın özündə də hərəkətlilik mövcuddur. Çaylı kəndində baş vermiş olaydan sonra narahatlıq keçirməyə başlayan ermənilər təcili olaraq cəbhə xəttində müdafiə-bərkitmə işlərinə start veriblər. Erməni mətbuatının bununla bağlı yaydığı məlumatdan isə belə aydın olur ki, rəsmi İrəvan işğal altındakı torpaqlarımıza əlavə qoşun hissələri göndərmək planını da icra etməyə başlayıb. TİA.AZ onu da bildirir ki, bəzi xarici ekspertlər belə əminliklə deyirlər ki, hal hazırda müharibənin başlama risqi əvvəlki illərə nisbətən daha çoxdur. Onların sözlərinə görə, Azərbaycan və Ermənistanın silahlanması, rəsmi Bakının kifayət qədər iqtisadi resursla malik olması, habelə ordunun daha əvvəlki səviyyədə olmaması, həmçinin hərbi təhcizat baxımından Azərbaycanın Ermənistandan öndə olması yeni müharibə üçün zəminlər hazırlayır. Hələ bir müddət əvvəl Beynəlxalq Böhran Qrupu da bəyan etmişdi ki, belə davam edərsə, Qarabağda savaş qaçılmaza çevriləcək. BBQ bunu Azərbaycanın neft gəlirlərinin artması ilə izah etməyə çalışırdı. Həmçinin bildirirdi ki, rəsmi Bakı hər il müdafiə xərclərinə milyardlarla dollar pul xərcləməkdədir və bu da müharibə hazırlığı deməkdir. Hazırkı məqamda müharibənin olub, olmayacağı ilə bağlı söhbət etdiyimiz bəzi hərbi ekspertlər də vurğulayırlar ki, bu mümkün versiyadır. Onların rəyinə görə, Azərbaycan 10 ildən artıqdır ki, sülh danışıqlarını davam etdirir və bu ara müddətində həmçinin ordunun gücləndirilməsi prosesini həyata keçirir. Onların sözlərinə görə, hazırkı məqamda həm iqtisadi, həm maliyyə, həm də hərbi baxımdan Ermənistandan üstün olduğunu görən Azərbaycan danışıqların dinc yolla baş tutmamasını görərək, hərbi əməliyyatlara başlaya bilər. Lakin onlar hesab edirlər ki, bu müharibə geniş miqyaslı olmayacaq. Hazırkı məqamda Qafqazda Qarabağ müharibəsinin yenidən alvolanmasını istəmədiyini qeyd edən ekspertlər deyirlər ki, buna ən azından imkan verilməyəcək. Amma onlar düşünürlər ki, lokal müharibə 5-6 rayonumuzun geri qaytarılması ilə yekunlaşa bilər. Bunun üçün isə rəsmi Bakıya minimum 3 ay vaxt lazımdır. Qaldı, müharibənin konkret hansı tarixdə başlaması məsələsinə bunu demək çox çətindir. Birincisi, hərbi əməliyyatların başlanması hərbi sirrdir və bu barədə əvvəlcədən məlumat əldə edib yaymaq mümkün deyil. İkincisi, əlverişli məqamları gözləmək lazım gələcək və rəsmi Bakı da bu prinsip üzrə hərəkət etməyə üstünlük verəcək. Üçüncüsü isə müharibənin bu ilin sonuna kimi başlaya biləcəyi də inandırıcı görünmür. Ona görə ki, noyabr ayında Azərbaycanda parlament seçkiləri keçiriləcək və müharibənin başlaması seçkilərin ləğvini tələb edir. Bu isə indiki məqamda rəsmi Bakıya sərf etmir. Bir sözlə, ortada olan görüntü tərəflərin müharibəyə hazırlaşdığıdır. Bunun olub olmayacağı isə zamana bağlı məsələdir. Amma müharibə başlayarsa, bu dəfə Ermənistanın Azərbaycanın qarşısında duruş gətirə biləcəyi də inandırıcı deyil. Şübhəsiz, bu daha çox ermənilərə kimin dəstək verəcəyindən də çox asılıdır. Tia.az
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu