SON XƏBƏRLƏR

Polşada Mərhum Kaçinskinin qardaşı seçkiləri uduzdu

2021.10.20, 07:36
Polşada Mərhum Kaçinskinin qardaşı seçkiləri uduzdu

Gunaz.tv

GünAzTv: Polşanın yeni prezidenti Komorovski oldu; Kaçinski rəqibini təbrik edib.

Polşanın “Hüquq və ədalət” partiyasının lideri, prezidentliyə namizəd Yaroslav Kaçinski öz rəqibini seçkilərdəki qələbə münasibətilə təbrik edib. Exit-poll-un nəticəsinə görə, namizədliyi “Vətəndaş platforması” partiyası tərəfindən irəli sürülmüş Polşa parlamentinin spikeri Bronislav Komorovski seçkilərdə minimal fərqlə liderlik edir.Yaroslav Kaçinski seçkinin nəticələri ilə bağlı özünün seçki qərargahındakı çıxışında deyib: “Mən xoş ənənənin tələb etdiyindən başlamalıyam. Bronislav Komorovskini təbrik edirəm. Mərn seçkilərdən iştirak edənlərin hamısına, ilk növbədə isə məni dəstəkləyənlərə minnətdaram”.Xatırladaq ki, Polşa prezidenti Lex Kaçinski aprelin 10-da Rusiyanın Smolensk şəhəri yaxınlığındakı təyyarə qəzasında həlak olduqdan sonra ölkədə növbədənkənar seçkilər təyin edilib. Seçkinin ilk turu iyunun 20-də 9 namizədin iştirakı ilə keçirilib. Amma namizədlərdən heç biri seçicilərin səslərinin yarısını toplaya bilməyib və onlardan ikisi-Yaroslav Kaçinski və Bronislav Komorovski mübarizəni kinci turda davam etdirməli olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar