SON XƏBƏRLƏR

Sulduzlular Ulu Babəkin doğum gününü qeyd etdilər

2021.10.20, 07:36
Sulduzlular Ulu Babəkin doğum gününü qeyd etdilər

Gunaz.tv

GünAzTv: Sulduzlu soydaşlarımız 2010-cu il iyul ayının 1-də (tir ayının 10-u) Azərbaycanın tarixi qəhrəmanı, millətimizin müqavimət simvolu Ulu Babəkin doğum gününü şənlik mərasimi ilə qeyd ediblər.

 

Şənlik mərasimi Sulduzun yeddigöz dağında keçirilib.

 

Mərasimdə ilk olaraq Azərbaycanın milli marşı oxunub, sonra isə milli mahnılar və aşıq havaları səsləndirilib. Günortadan gecəyarısına qədər dəvam edən mərasimdə böyük izdiham yaşanıb.

 

Həmçinin soydaşlarımız,  2006-cu il may hadisələri zamanı (milli qiyam) Azərbaycan uğrunda öz canlarını fəda edən şəhidlərimizi də yad ediblər. yeddigöz dağında mərasim icra edilərkən şəhidlərimizin dəfn olunduğu qəbiristanda çırağlar yandırılıb və tonqallar qalanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar