Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Yurd dışında yaşayan soydaşlarımız ilk dəfə milli bütünlüyə gedən yolun hədəfini seçdi.
Ötən il dekabr ayının 12-də Hollandiyanın Amsterdam şəhərində “Amsterdam Dialoq Konfransı” keçirildi. Bu konfransa ilk dəfə olaraq, Güney Azərbaycanla bağlı yurd dışında fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar, nüfuzlu siyasi, elm və ictimai xadimlər bir araya gələrək vətənin yaxın gələcəkdə taleyinin bütün strateji hədəflərini gündəmə gətidilər. Bunun ardınca isə 2010-cu il 16 iyun tarixində Belçikanın paytaxtı Brüsseldə keçirilən toplantıda artıq bu yöndə təşkilati məsələlər üçün ciddi addımların atılması barədə müvafiq qərarlar qəbul edildi. Güney Azərbaycanın daxilində baş verən ictimai- siyasi prosesləri nəzərə alaraq, yurd dışında yaşayan soyadaşlarımızın yenicə inkişaf etməkdə olan Milli Hərəkata beynəlxalq dəstəyin verilməsini təmin etmək barədə artıq günün ən zəruri tələbləri kimi ortaya qoyulubdur. Dialoqdan konkret əmələ keçən güc
Güney Azərbaycan MilliAzadlıq Cəbhəsi təşkilatının təsis edilməsi əslində uzun illərdir öz vətəninin taleyini düşünən, bu yolda mübarizə aparan, ancaq pərakəndə şəkildə fəaliyyət göstərən müxtəlif təşkilatların, nüfuzlu şəxsiyyətlərin bir araya gəlməsi əslində çağdaş Azərbaycan siyasətində milli hədəflərə gedilən yolda təməkürzləşmə və dialoq vasitəsilə milli mübarizənin yeni hədəflərini ortaya qoyub. Bu prosesdə özünün şəxsi və ya təmsil olunduğu təşkilatın maraqları deyil, milli hədəflərə uzanan strateji hədəflərə önəm verilməsi qərara alınıbdır. Güney Azərbaycan MilliAzadlıq Cəbhəsi idarə heyətinin üzləri sırasında doktor Qulamrza Səbri Təbrizi, Maşallah Rəmzi, Əhməd Obalı, Əsəd Tağızadə, Sadiq İsabəyli, Muxtar Şəms, Araz Süleymani, Əyyub Qanei, Aslan Ərəblui, Babək Bəxtavər, Araz Muğanlı kimi Qərb dövlətlərində yaşayan çox nüfuzlu soydaşlarımız təmsil olunurlar. Bu yeni təşkilatın fəaliyyət dairəsi, strukturu tam demokratik tələblər əsasında qurulubdur. Hal-hazırda bu təşkilatın rəhbəri vəzifəsinə doktor Əsəd Tağızadə rəhbərlik edir. Doktor Əsəd Tağızadə Avropada yaşayan bütün soydaşlarımız arasında bir ziyalı və vətənpərvər insan çox böyük nüfuza malik şəxsiyyətlərdən biridir. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi bir təşkilat kimi İngiltərə, Fransa, Almaniya, Belçika, Hollandiya, İsveç, ABŞ, Kanada, Norveç, Finlandiya, Avstriya, Türkiyə, Danimarka, Polşa, İspaniya, İtaliya, Macarıstan, İrlandiya və digər dövlətlərdə yaşayan və Güney Azərbaycan uğrunda mübarizə aparan soydaşlarımız tərəfindən çox böyük coşqu ilə qarşılanıbdır. Çünki, bu təşkilatda birləşən insanların həyat təcrübəsi, özünü təsdiq şərtləri, prosesləri elmi və ictimai cəhətdən qiymətləndirmək bacarığı onlara qarşı böyük inam hissi yaradıbdır. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi yurd dışında vətənin istiqlalı uğrunda mübarizə aparan və fikir tribunası qismində çıxış edən, ana dilində fəaliyyət göstərən radio və televiziya kanalları, qəzet və internet şəbəkəsi vasitəsilə fəal müadifə olunmaqdadır. Çünki, bu təşkilata olan inam Güney Azərbaycan uğrunda aparılan mübarizənin yeni mərhələsi kimi qəbul edilir. Bu təşkilatın liderlərinin artıq beynəlxalq insan haqları təşkilatları, bir sıra dövlətlərdə xalqların milli hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərən ictimai, strateji mərkəzləri, xüsusilə BMT ilə dialqolara başladılması yönündə atdığı addımlar, bir sıra təşəbbüslər cəmiyyətdə onlara olan inamı daha da artırıbdır. İnsanlar artıq konkret fəaliyyətin, əməlin canlı şahidinə çevriliblər. Bu yöndə intellektual təfəkkürə malik nüfuzlu şəxslərin beynəlxalq birlik tərəfindən qəbul edilməsi elə atılacaq uğurların açarı qismində dəyərləndirilir.
Amsterdam Bəyannaməsi
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi yarandığı ilk gündən 12 maddəlik bəyannamə ilə siyasi gündəmə çıxıbdır. Bu bəyannamənin əsas şərtləri və tələbləri isə bundan ibarətdir: 1. Güney Azərbaycan Türk millətinin milli azadlığı yolunda mübarizədə bu günkü fars rasizmini təmsil edən İran İslam Cümhuriyətini əsas maneə kimi görür. Çünkü bu rejim hər növ demokratik dəyişikliyə qarşıdır. 2. Azərbaycan Milli Azadlıq Hərəkatının amalı Güney Azərbaycanda milli – demokratik dövlət qurmaqdır. Ayrıca, Güney Azərbayanın hüdudları xaricində yaşayan digər türk xalqlarının milli haqlarını da qorumaq lazımdır. Azərbaycan Milli Hərəkatı öz müqəddəratını təyin etməkdə son söz sahibi olmalıdır. 3. Güney Azərbaycan Milli Hərəkatı sekular dövlət qurulmasının tərəfdarıdır və bu yolda mübarizə aparır. 4. Türk dili (Azərbaycan türkçəsi) rəsmi dövlət dili olmalıdır. Bütün ölkədə yaşayan türklər üçün türk dilli media şəbəkələri qurulmalıdır. Azərbaycanın elmi, texniki və iqtisadi inkişafı təmin edilməlı, millətimizin yaşayış səviyyəsi dünyanın inkişaf etmiş millətləri səviyyəsinə yüksəlməlidir. 5. Güney Azərbaycan Milli Hərəkatı bütün sahələrdə qadın- kişi hüquq bərabərliyi yolunda mübarizə aparır. 6. Din, məzhəb, məslək, inanc, söz, mətbuat, həmkarlar ittifaqları, siyasi partiyalar, geyim və yaşam tərzi kimi, bütün mədəni azadlıqlar qeydsiz-şərtsiz təmin edilməlidir. 7. Güney Azərbaycan Milli Hərəkatı edama və hər növ işgəncəyə qəti şəkildə qarşıdır.8. Güney Milli Hərəkatı “Aria rasizm sistemi”ni təmsil edən İran İslam Cümhuriyyətinin Azərbaycanda demoqrafik yapını dəyişdirmə siyasətinə qarşı çıxır və bu rejimə qarşı milli zülm altında yaşayan digər millətlərlə işbirliyi aparmalıdır. 9. Yuxarıda qeyd edilən hədəflərə çatmaq üçün xaricdə fəaliyət göstərən Azərbaycan Türklərinə məxsus qüvvələr daxildə gedən milli mübarizəni diqqətlə təqib etməli və ona uluslararası insan haqları mərkəzlərindən dəstək qazandırmalı, Güney Azərbaycana qarşı informasiya blokadasını qırmalı və bütün dünyada Güney Azərbaycanın milli mənafeyi üçün lobbiçilik fəaliyətlərini təşkilatlandırmalıdır. 10. Güney Azərbaycan Milli Hərəkatı müstəqil, demokratik və moderndir. 11. Güney Azərbayan Milli Hərəkatı Dünya İnsan Haqları Bəyannaməsinin və ona bağlı konvensiyaların Güney Azərbaycanda həyata keçirilməsi üçün mübarizə aparır. 12. Amsterdam Dialoq Konfransı yuxarıdakı prinsiplərə dayanaraq Güney Azərbaycan Milli Hərəkatında fəaliyyət göstərən bütün təşkilatlar və şəxsləri davamlı işbirliyinin qurulmasına çağırır.
Milli bütünlüyün hədəfləri və tarixi təcrübə
Güney Azərbayan Milli Azadlıq Cəbhəsi BMT tərəfindən 2002-ci ildə İranda aparılan demoqrafik durumla bağlı xüsusi hesabata daxil edilən mötəbər mənbəyə istinad edilməsini xüsusilə zəruri hesab edir. BMT-nin həmin hesabatında dəqiq şəkildə qeyd olunur ki, bu gün İran əhalisinin 40 faizini məhz Azərbaycan Türkləri təmsil edilər. Ümumi şəkildə 70 milyonluq İran əhalisinin 30 milyon nəfərinin Azərbaycan Türkü olması artıq danılmaz bir fakt kimi BMT səviyyəsində təsdiq olunubdur. Güney Azərbayan Milli Azadlıq Cəbhəsi açıq şəkildə bildirir ki, ölkənin 40 faizini təşkil edən bir millətin nədən milli hüquqları tanınmasın. Nədən Azərbaycan türkləri öz milli dilində təhsil almaq, televiziya və radiosuna, qəzet və dərgilərin nəşr edilməsinə, milli- mədəni mərkəzlərinə sahib olmasın. İslam və ümmət siyasətinin alt qaltlarında bir millət nədən assimliasiyaya məruz qalmalıdır. Güney Azərbayan Milli Azadlıq Cəbhəsi İrandakı klerikal rejimə qarşı mübarizə aparan siyasi təşkilatlardan fərqli olaraq, hər bir xalqın öz milli müqəddaratına sahib olması, ölkədə baş verəcək bütün reformların demokratik prinsiplərə söykənilməsinin tərəfdarı kimi çıxış edir. Hər bir zorakılığı rədd edir. Eyni zamanda milli mənsubiyyətin inkarına qarşı fəal mübarizənin tərəfdarı kimi çıxış edir. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta əsasən öz xalqının milli hüquqlarının təmin edilməsi üçün mübarizə aparan insanların dərhal azad edilməlidir. İran rejiminin buna əməl etməsi təşkilat tərəfindən qətiyyətlə gündəmə gətirilməkdədir. Hal-hazırda İran həbsxanalarında qanunsuz olaraq saxlanılan və işgəncələrə məruz qalan soydaşlarımızın hüquqlarının müdafiə olunması yönündə bir sıra addımlar atılmaqdadır. Bütün bunlar Güney Azərbaycanın tarixində baş verən inqilablar, milli-mədəni hüquqlar uğrunda aparılan mübarizənin tarixi təcrübəsinə istinad edilməsi şərtləri daxilində baş verir. Təşkilat BMT Nizamnaməsinin prinsiplərinə istinad edərək, Güney Azərbaycanda milli fəallara qarşı tətbiq olunan həbslərə və işgəncələrə son qoyulmasını tələb edir.
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi bir təşkilat olaraq 1945-1946-cı illərdə mövcud olmuş Azərbaycan Milli Hökumətini, 21 Azər tarixini, onun lideri Seyid Cəfər Pişəvərini Güney Azərbaycan Türkünün ən şərəfli tarix isəhifə hesab edir. Çünki, Milli Hökumət tarixdə ilk dəfə olaraq milli dildə təhsil, mədəniyyət mərkəzlərinin yaradılması, qəzet və jurnalların mütəmadi nəşri, milli fədai ordusunun yaradılması kimi problemləri həll etmişdi. Təşkilat digər ictimai qurumlardan fərqli olaraq, öz sıralarında hər hansı bir firqə təəssübü, qrup maraqlarına xidmət edən insanları deyil, müxtəlif təşkilatların da bu yöndə birlik və bərabərlik prinsipləri əsasında fəaliyyət göstərməsinin tərəfdarı olduğunu elan edib. Hal-hazırda müxtəlif dövlətlərdə fəaliyyət göstərən müxtəlif ictimai qurumlarla birgə Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin nəzdində strateji araşdırma mərkəzləri, insan hüquqlarının müdafiəsi, milli-mədəni hüquqların təmin edilməsi, sosial-ictimai prolemlərin həll edilməsi və digər sahələrdə görülən işlərin koordinasiya olunması istiqamətində addımlar atılmaqdadır. Artıq Güney Azərbaycanın coğrafi sərhədlərinin müəyyənləşdirilməsi, regionun təbii sərvətlərinin ehtiyatlarının imkanları, burada iqtisadi, sosial problemlərinin həlli yolları, İranda mövcud olan istibdadın törətdiyi fəsadlar və onun miqyası dəqiq hesablanılmaqdadır. Eyni zamanda bütün bunların necə həll edilməsinin strateji hədəfləri gündəmə gətirilməkdədir. Güney Azərbaycanın milli və strateji cəhətdən inkişaf yollarını müəyənləşdirən hədəflər artıq bu prosesin inkişafına böyük bir təkan verməkdədir.
Ənvər BÖRÜSOY, Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin (AMSTM) eksperti
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu