SON XƏBƏRLƏR

Ermənistana gedən qaz kəmərinin Gürcüstan hissəsi Azərbaycanın nəzarətinə keçə bilər

2021.10.20, 07:36
Ermənistana gedən qaz kəmərinin Gürcüstan hissəsi Azərbaycanın nəzarətinə keçə bilər

Gunaz.tv

GünAzTv: «Mozdok-Tbilisi-İrəvan» qaz kəmərinin Gürcüstan ərzisindən keçən hissəsinin istimarı Azərbaycana verilə bilər. Ekspertlər hesab edir ki, bu baş verərsə, Ermənistanın enerji təhlükəsizliyi Azərbaycandan asılı vəziyyətə düşə bilər.

Dövlətlərarası razılaşmaya əsasən, Gürcüstanın qaz şəbəkəsinin əksər hissəsi 5 il müddətinə Azərbaycan Dövlət Neft Şirkətinə icarəyə verilib. Əgər azərbaycan digər tranzit qaz xətlərinə də sahib çıxarsa, Ermənistana daxil olan qaz Azərbacanın nəzarətinə keçə bilər. Məlumatı Ermənistan mətbuatı yayıb. Gürcüstanın hüquq komitəsi özəlləşdirmə ilə bağlı sənədi hazırlayaraq, parlamentə təqdim edib. Gürcüstan şimal-cənub magistral qaz kəmərini də satışa çıxarıb. Boru xətti Gürcüstan ərazisindən keçərək Rusiya və Ermənistanın qaz xətlərini birləşdirəcək. Gürcüstanlı mütəxəsislər hesab edir ki, özəl şirkət qaz kəmərini dövlətdən daha yaxşı idarə edəcək. Erməni agentlikləri xəbər verir ki, bu obyektin Azərbaycana istismara verilməsi ölkənin enerji təhlükəsizliyini ciddi zərbə altına ala bilər. Tranzit qaz kəmərinə iki iddiaçı var: Azərbaycan və Rusiya. Ermənistan xəttin «Qazprom»-a verilməsinin tərəfdarıdır. Hazırda Ermənistan iki qonşu ölkədən qaz idxal edir. Rusiyadan keçməklə Gürcüstandan və İran vasitəsilə. Lakin İran mavi yanacağı Ermənistanın daxili ehtiyaclarını ödəmək üçün satmır. İran qazı Ermənistan ərazisində emal edərək, elektrik enerjisi halında geri qaytarır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar