SON XƏBƏRLƏR

Cənubi Koreya şirkəti də İrana qarşı sanksiyaların tətbiqinə başladı

2021.10.20, 07:36
Cənubi Koreya şirkəti də İrana qarşı sanksiyaların tətbiqinə başladı

Gunaz.tv

GünAzTv: İranın “Cənubi Pars” qaz yatağında fəaliyyət göstərən Cənubi Koreyanın JS şirkəti İranla əməkdaşlığı dayandırdığını, birgə əməkdaşlıqla bağlı bir neçə ay əvvəl imzalanmış müqavilədən çıxdığını bəyan edib.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə, JS şirkəti 10 ay əvvəl imzalanmış və 1 milyard 200 milyon dollar dəyərində olan müqavilədən çıxması ilə bağlı bəyanatı ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obamanın İrana qarşı sanksiyaları nəzərdə tutan qanunu təsdiqləməsindən bir-iki saat əvvələ təsadüf edib.

 

JS şirkəti İranla əməkdaşlıqdan imtinasını ABŞ və Qərbin İrana qarşı sanksiyaları ilə əlaqələndirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar