SON XƏBƏRLƏR

İsrail üzr istəməyəcək

2021.10.20, 07:36
İsrail üzr istəməyəcək

Gunaz.tv

GünAzTv: İsrail Baş naziri Binyamin Netanyahu, İsrailin 31 mayda Qəzza yardım gəmilərindən Mavi Mərmərəyə təşkil etdiyi hücumla əlaqədar, "İsrailin Türkiyədən üzr istəməyəcəyini" bir daha təkrarlayıb.

 

İsrailin dövlət televiziyasındakı çıxışında Netanyahu, "Əsgərlərimizin az qala bir qrup tərəfindən qətl edilməyə cəhd olunduğu bir vəziyyətdə İsrailin üzr istəməsi mümkün deyil" ifadəsini işlədib.

 

Netanyahu onu da diqqətə çatdırıb ki, bu səbəbdən də gəmi hücumu əsnasında zərər görənlərin hər hansı bir şəkildə kompensasiya edilməsindən söhbət belə gedə bilməz. O, sadəcə "Bununla yanaşı, biz hadisədə insan itkisindən ötəri kədərlənirik" deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar