Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Əhmədinejad prezident olandan sonra ölkənin aztəminatlı əhalisinə yardımlar ediləcəyini vəd etmişdi. Ötən illər ərzində də vəd gerçəkləşmədi. Son zamanlar bu əhali kateqoriyası yenidən yada düşüb. İran KİV bildirir ki, "Ədalət fondu" bu kateqoriyadan olan vətəndaşlara sosial yardım paylayacaq. Sosial Müdafiə Fondunun məsulu Əlihüseyn Hüseyni bildirib ki, ölkə prezidenti "dövlətin gəlirindən hər kəsə pay" adı altında layihəni gerçəkləşdirməyə başlayıb. Onun sözlərinə görə, ilkin olaraq Tehranda 900 min vətəndaşın hər birinə 40 dollar verməklə 36 milyon dollar yardım paylayıb. Fondun məsulu deyib ki, bu layihə ölkənin başqa əyalətlərində də yürüdülür.Xatırladaq ki, bu günlərdə İslam Respublikasının hökumət başçısı paytaxtın bələdiyyə şurası üzvləri ilə görüşdə İranın 30 ildən sonra Qərbin üzləşdiyi demoqrafik problemlə üzləşəcəyindən ehtiyat etdiklərini söyləmişdi. Prezident xatırlatmışdı ki, 40 il əvvəl amerikalılar və avropalılar ailə planlaşdırması haqda qanunu təsdiqlədi, bu gün isə həmin dövlətlərin əhalisinin çoxu yaşlaşmış təqaüdçü insanlardır.Rəsmi rəqəmlərə əsasən, İran əhalisi 74 milyondur. Onların 60 faizini 30 yaşadək gənclər təşkil edir. Prezident isə əhalinin sayının 120 milyona çatdırılmasını istəyir. Əhmədinejadın sözlərinə görə, "hər ailədə iki uşaq" artıq aktual deyil. O, ölkəsinin bölgədə aparıcı mövqe tutmaq istədiyini vurğulayaraq, əhali sayının artmasının da bu məsələyə müsbət təsir edəcəyini söyləyib.Doğumun artmasını təşviq etmək üçün Əhmədinejad hər ailəyə doğulan bir uşaq üçün dərhal 780 avro həvəsləndirici müavinət veriləcəyinə boyun olur.Yerli müşahidəçilərin fikrincə, hakimiyyət bu taktika ilə ölkə vətəndaşlarını "ələ almağa" çalışır. Çünki İraqla savaş bitəndən sonrakı 22 il müddət ərzində ölkədə iqtisadi islahatlar aparılmayıb. Yəni ölkədə iqtisadi gerilikdən ciddi narazılıq var. Bundan başqa, Əhmədinejad bu addımı ilə Qərbə belə bir ismarıc vermiş olur ki, atom-nüvə proqramı ilə bağlı BMT Təhlükəsizlik Şurasının İrana qarşı qəbul etdiyi qətnamənin nəticələri "səmərə verməyib", İran öz vətəndaşının qayğısına qalmaq iqtidarındadır.İranın ali rəhbəri Əli Xamneyinin ölkədaxili səfərləri də toplumdakı bu rahatsızlığı, narazılığı ütüləmək, müxalifəti yumşaltmaq məqsədi güdür.
Diqqət edək, bir-iki gün öncə ölkənin çeşidli universitetlərinin tələbə və müəllim bəsicləri (inqilab keşikçiləri qvardiyasının əsas kadr bazası, yarımhərbi dəstələr birliyi) ilə görüşündə Xamneyi deyib:"İslam hərəkatı və bu hərəkatın qarşısında imperialist bloku böhranlı bir mərhələ yaşayır. Onlar arasında dağınıq və həyəcanlı bir vəziyyət mövcuddur. Bu gün ölkəmiz bir yumruqda birləşməyə ehtiyac duyur. Hətta saf niyyətlə deyilən bir söz, atılan addım, yaxud mətbuatda gedən bir yazı cəmiyyətdə ikitirəlik və parçalanmaya səbəb olursa, bu, ölkənin və islam dövlətinin mənafeyinə ziddir...".Əli Xamneyi toplumu inandırmağa çalışır ki, hazırkı şərait cəmiyyətdə birlik və həmrəyliyi qoruyub saxlamağı, hər cür ixtilaf və hərc-mərclikdən çəkinməyi tələb edir. Xamneyi sözlərinə əlavə edib:"İslam inqilabı xalqın arasındakı bütün qondarma sədləri məharətlə aradan qaldıra bildi və ölkəni İran xalqı üçün bir meydana çevirdi. Hazırda bəziləri bu xalqın nümayəndələri arasında yenidən yanlış və heç bir əsası olmayan sərhədlər yaratmaq niyyətindədir".Bir sözlə, İranın dini lideri bu ölkədə plüralizmi, fikir azadlığını, sərbəst fikri məqbul saymır. Çünki bu kimi hallar onların hakimiyyətlərinə sərf etmir, hətta qorxuludur.İran lideri 12 il öncə məktəb müəllimlərindən ibarət bəsic dəstələrinin yaradılması, bunun ölkə miqyaslı əzəmətli bir hərəkata çevrilməsini də xatırladıb. Dini lider akademik sahənin bəsic təmsilçilərini "İslam dövləti" üçün "ilahi bir nemət" adlandırır. Dini lider yarımhərbiləşdirilmiş elm və təhsil adamlarından qürur duyur:"Əlbəttə, ölkənin imanlı və inqilabçı universitet müəllimlərinin sayı yalnız burada iştirak edənlərlə məhdudlaşmır. Ölkəmizin çeşidli ali təhsil ocaqlarında çalışan və olduqca böyük, səmərəli rola malik çoxlu sayda bəsic müəllimlərimiz var". Xamneyi ölkədə bəsic dəstələrinin təşkilini "İslam inqilabı çərçivəsində həyata keçirilmiş misilsiz bir hərəkat", "dahi və müdrik imam Xomeyninin yadigarı" adlandıraraq sözlərinə əlavə edib:"Bəsic dəstələrinin formalaşması əslində elə inqilabın ilk günlərindən - imamın xalqa etimad göstərərək, insanları ictimai-siyasi meydanlara çəkdiyi vaxtdan başladı. Bu etimad xalqımızda özünə inam hissinin aşkara çıxmasına səbəb oldu".Xamneyi "bəsic mədəniyyəti və qüvvələrinin islam dövləti üçün bir çox işlərdə xeyir-bərəkətlərin mənbəyi" olduğunu qeyd edərək deyib: "Bəsic dəstələri əslində ölkədə parlaq çalarla gözə çarpmayan, iddiasız, ancaq çoxşaxəli bir ordudur".İran İslam Respublikasının lideri iyunun 26-da Buşəhr əyalətinin mərkəzində imam Əlinin doğum günü ilə bağlı yerli əhali ilə görüşündəki çıxışı da bu yöndə idi.Yardımlara qayıdaq. Belə bir söz dolaşır ki, vətəndaşlara sosial yardım adı altında paylanan və ya paylanması planlaşdırılan bəxşişlərin hansı təbəqəyə verildiyi və ya veriləcəyi hələ tam bəlli deyil. Bu yardımların məhz bəsiclərə veriləcəyi istisna edilmir. Xamneyinin çıxışları hakimiyyətin yaxın zamanlarda üzləşəcəyi ehtimal olunan böhrana hazırlıq mahiyyəti daşıdığı açıq duyulmaqdadır. Özlərinin yarımhərbi dayağı olan bəsiclərin təriflənməsi də, görünür, buna xidmət edir....Ötənilki prezident seçkisinin rəsmi nəticələrinə etiraz edən dinc nümayişçilərə qarşı güc tətbiq edənlərin sırasında bəsic dəstələrinin adı daha çox hallanırdı. Elə hakimiyyətdəkilər də nümayişçilərə qarşı zorun "könüllü"lər tərəfindən törədildiyini gizlətmirdi. Onların başçısının dəyişdirilməsini bu qəbildən saymaq olar. Bəsiclər ictimaiyyətdə sürətlə nüfuzdan düşmüş, hətta onların arasında belə hakimiyyətə inamsızlıq yaranmışdır. Daxili və xarici mövqeləri laxlamış olan indiki İran rejimi isə dayaq gözündə yalnız onları görə bilir və odur ki, ünvanlarına tərif yağdırırlar. S.Soltan
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu