SON XƏBƏRLƏR

Son həbslərlə bağlı etiraz kampaniyasına ÇAĞRI...

2021.10.20, 07:36
Son həbslərlə bağlı etiraz kampaniyasına ÇAĞRI...

Gunaz.tv

GünAzTv: Qardaş ölkə Türkiyədə yaşayan Güney Azərbaycan Milli Azadlıq Hərəkatının fəalları, İran rejiminin Güney Azərbaycana qarşı siyasəti və milli-mədəni fəallara təzyiqi barədə bəyanat yayaraq bütün fəallarımızı və azadlıq sevər insanları etiraz kampaniyasına dəvət ediblər.

 

Türkiyədə yaşayan Güney Azərbaycan Milli Azadlıq Hərəkatının fəalları, İran rejiminin illər boyu Azərbaycan türklərinin əleyhinə apardığı qərəzli siyasəti pisləyərək, Rejimin son həftələrdə milli-mədəni fəallara qarşı apardığı təzyiq siyasətini şiddətlə məhkum ediblər.

 

Onlar millətimizin milli hüquqlarının bərpası və azadlığı uğrunda dinc fəaliyyət göstərən milli-mədəni fəalların təqib olunması, Təhlükəsizlik Orqanlarına çağrılması, həbs edilməsi, zindanlarda işgəncə olunması, fəalların ailələrinə edilən təzyiqləri və ... şiddətlə qınayaraq, bunlara qarşı geniş miqyaslı ölçü götürüb və yekdilliklə bütün dünyada etiraz səsimizin qaldırılmasının vacib olduğunu vurğulayıblar.

 

Bütün bunlara görə, Türkiyədəki fəal soydaşlarımız  Azərbaycan türk millətinin müqavimət simvolu olan Babək Xürrəminin doğum günü ərəfəsində iyul ayının 5-dən 12-nə qədər (tir ayının 14-dən 21-nə),  “Azərbaycan siyasi məhbuslarının müdafiə həftəsi” naminə müxtəlif ölkələrdə BMT-nin qərargahı qarşısında toplaşmağı təklif edirlər.

 

Onlara görə, bununla İran rejiminin millətimizə qarşı apardığı qeyri insani siyasəti dünya ictmaiyyətinin qulağına çatdıraq mümkündür.

 

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və digər azadlıq sevər insanlar, sözü gedən etiraz kampaniyasına qatılmağa çağrılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar