SON XƏBƏRLƏR

Rusiya, İran-Ermənistan arasında dəmiryolu xəttinin tikintisində yaxından iştirak edəcək

2021.10.20, 07:36
Rusiya, İran-Ermənistan arasında dəmiryolu xəttinin tikintisində yaxından iştirak edəcək

Gunaz.tv

GünAzTv: Ermənistanın nəqliyyat naziri Manuk Vardanyan bəyan edib ki, İran və Ermənistan arasında çəkiləcək dəmir yol xəttinin çəkilişində Rusiya yaxından iştirak edəcək. Bu barədə APA  “FARS” xəbər agentliyinə istinadən xəbər yayıb.

 

Manuk Vardanyan bildirib ki, bu məsələ Rusiyanın nəqliyyat naziri ilə müzakirə ediləcək. Ümumi uzunluğu 410 km olan dəmir yol xəttinin çəkilməsi üçün 1.8 milyard dollar lazımdır. Xəttin 60 kilometri İran ərazisinə düşür.

 

 Qeyd edək ki, 2007-ci ildə İran və Ermənistan iki ölkə arasında dəmir yolunun çəkilməsi barədə razılığa gəliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar