SON XƏBƏRLƏR

Amerika İran sahillərində dəniz piyadasının sayını artırıb

2021.10.20, 07:36
Amerika İran sahillərində dəniz piyadasının sayını artırıb

Gunaz.tv

GünAzTv: Son aylar İranın Hörmüz boğazına, ABŞ (Amerika Birləşmiş Ştatları) və İsrailin isə körfəzə hərbi qüvvə və texnika yerləşdirməsi haqda xəbərlər artıb.

ABŞ İran sahillərinə üçüncü təyyarə gəmisini yerləşdirib. Bu barədə Lent.az «Zman»-a istinadən məlumat yayıb.İsrailin «DebkaFile» agentliyinin məlumatına əsasən, bu gəmidə 4 min amerikalı dəniz piyadası var. Mənbənin bildirdiyinə görə, bu minvalla ABŞ-ın İran sahillərindəki 3 təyyarə gəmisində dəniz piyadalarının sayı on min nəfərə çatıb.

Hərbi agentliklər isə bildirib ki, hazırda Amerikanın təyyarə daşyan bu gəmiləri Misirin bab əl-Məndəb rayonunda, Ədən boğazının Qırmızı dənizlə birləşdiyi yerdədir. Mənbəni qənaətincə, elə bu səbəbdən də İran Qəzza sahilinə gəmi ilə «humanitar yardım aparmağı» təxirə salıb. İranlılar gəmilərinin Amerika hərbçiləri tərəfindən saxlanılacağından ehtiyat ediblər. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4-cü qətnamənin tələbələrinə uyğun olaraq, ABŞ hərbçilərinin İslam Respublikasına məxsus gəmilərdə yoxlama aparmaq səlahiyyəti var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar