Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları), Rusiya və Fransa prezidentlərin bəyanatı, münaqişə zolağında erməni əsgərlərin ölməsi və Klintonun səfəri Ermənistanı hələ də komada saxlayır.
Putinin tatar olması Kanada bəyanatına necə təsir göstərib?!ABŞ, Rusiya və Fransa prezidentlərinin Qarabağ məsələsi ilə bağlı Kanada bəyanatının Rusiyanın eks-prezidenti və hazırkı baş naziri Vladimir Putinin etnik mənşəyi ilə nə kimi əlaqəsi ola bilər? Bu sual ilk baxışdan absurd görünə bilər. «Axı nə əlaqəsi var?» soruşa bilərsiniz. Əlaqəni bilmək üçün yazını sonadək oxumaq lazımdır. Əks təqdirdə, bəlkə kimlərinsə ermənilərin «unikal» xalq olduğuna zərrə qədər şübhə yeri qala bilər. Ermənilərdə ta qədimdən Türkiyəfobiya var. Bu adamcığazlar az qala küləyin əsməsi, şimşəyin çaxması, planetin istiləşməsini və s. kimi qlobal coğrafi problemləri də türklərin adı ilə bağlayırlar. Nənəmdə bu barədə məlumatların, əminliyin hardan olduğunu bilmirəm, amma, 1914-cü il doğumlu rəhmətlik nənəm həmişə deyərdi ki, bu dünyada erməninin bir qənimi var, o da türkdür. Türklərin ermənilər üzərində qələbəsinə, onları kökləri kəsilməyə bir az qalmışadək biçmələrinə dair elə şövqlə danışardı ki, rayonumuzdakı yeganə erməni olan milis mayorunun camaata qarşı çıxdığı bütün alçaqlıqların kökünü həmin tarixə bağlamaqdan belə çəkinməzdi. Guya milis mayoru 1915-ci ildə baş verənlərin acığını indi rayon camaatından çıxır. Nənəm sağ olsaydı, o gün atəşkəsin pozulması nəticəsində ölən erməni əsgərlərinin və Azərbaycanın yeni qəbul olunmuş Hərbi Doktrinasının bir ucunu Allah bilir aparıb hara bağlamışdı. Bu gün erməni mediasını izləyəndə, oradakı söhbətlər nədənsə, mənə nənəmin yarışayiə halında olan söhbətlərini xatırlatdı. Obyektiv olsun deyə, bildirməliyəm ki, bu qəbildən olan 3 qəpiklik yazılara bizim milli mediamızda da tez-tez rast gəlinir. Loru dildə bu tip yazılara «şüvən yazılar» da deyirlər. Nə isə mətləbdən çox uzaqlaşmayaq. Po russki, yoxsa in english? «Ermənilər üç prezident – ABŞ-ınkı Barak Obama, Rusiyanınkı Dmitri Medvedyev və Fransanınkı Nikolya Sarkozinin «Böyük səkkizliyin» Kanadadakı sammitində Qarabağla bağlı verdikləri birgə bəyanat cümlə ermənilərin yuxusuna haram qatıb. Linqvistika sahəsinə dəxli olan-olmayan bütün ermənilər lüğətləri qabaqlarına qoyub ayırd etmək istəyirlər ki, görəsən hansı şeytan bəyanatın rus və ya ingilis versiyasına barmaq eləyib. İngiliscədə «Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş torpaqların geri qaytarılması və Dağlıq Qarabağın yekun statusunun gələcəkdə müəyyənləşdirilməsi» və ya, ruscada Qarabağın hüquqi statusunun gələcəkdə müəyyənləşdirilməsi, həmçinin, Qarabağın statusunun bu yerin əhalisi tərəfindən müəyyən edilməsi tipli müəmmalar qonşularımızın yuxusunu qaçırıb. Hamı yekun və ya hüquqi status məsələsində baş sındırarkən, hər bir erməni Qarabağın əhalisi deyəndə konkret kimlərin nəzərdə tutulduğunu aydınlaşdırmaq istərkən, siyasi şərhçi İqor Muradyan haqqın yolunu tapıb. O deyib ki, balam, status məsələsi ilə bağlı çox da başınızı sındırmayın. Məsələnin qəlizliyi heç də bəyanatın rus və ingilis versiyalarında terminlərin necə işlədilməsində deyil. Əsil məsələ hər iki variantda «Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər» sözünün yer almasıdır ki, bu da ermənilərin «müqəddəs» «qədim Ermənistan ərazilərinin azad edilməsi» termini ilə daban-dabana ziddir. Necə yəni işğal olunmuş? Kim işğal edib, haranı və nə vaxt? Bu torpaqlar işğaldan azad edilib».Prezidentlər niyə Ermənistanı məhv etmək istəyir?İqor Muradyan bu dəfə də böyük dövlətlərin ünvanına od püskürərək yazıb ki, onların məqsədi Ermənistanı məhv etməkdir: «ABŞ Türkiyəni ram etmək üçün türk ekspansiyasını əngəlləyən yeganə istehkam olan Ermənistanı məhv etməyi qarşıya qoyub. Həmin üçtərəfli sənəd Türkiyə və Azərbaycanla pozitiv əlaqələr mühiti yaratmaq baxımından ABŞ-ın maraqlarına uyğun gəlir. Avropada «anti-türk blokunun maraqlarının müdafiəçisi olan Fransa Ermənistana və erməni probleminə Türkiyənin Avropa Birliyinə qəbul olunması yolunda əngəl kimi baxır. Bu onu göstərir ki, erməni-azərbaycanlı və erməni-türk problemlərinin fransızların maraqları ilə heç bir əlaqəsi yoxdur. Odur ki, Qarabağ probleminin nizamlanması ilə bağlı imitasiya avropalıları qane edir. Rusiyaya gəlincə isə məsələlər bir qədər qəlizləşir. Rusiya prezidentinin səlahiyyətlərini icra edən şəxs və onun yaxın məsləkdaşı Rusiyanın siyasi və iqtisadi gələcəyini ABŞ və Avropa dövlətlərinin tabeçiliyində təsəvvür edir. Rusiya Ermənistanı Türkiyə və Azərbaycana münasibətdə maksimal, öldürücü güzəştlərə getməyə təhrik edir. Azərbaycanın Qarabağa hücumu Rusiyanı qane edir və Ermənistan rəhbərliyini güzəştləri dərinləşdirməyə təhrik edir. Rusiya Ermənistanın maraqlarına tamamilə etinasız yanaşır. Əgər bu faktorlar olmasaydı, Ermənistanın işğalçı olması barədə fikirlər məlum Kanada bəyanatında yer almazdı».Erməni Milli Komitəsinin nümayəndəsi Vaan Papazyan da İqor Muradyana qahmar çıxıb. Deyib ki, işin pis tərəfi ermənilərin işğalçı olduğu barədə hər üç prezidentdə möhkəmlənmiş fikirdir. "Dəxli yoxdur bəyanatda söhbət final statustan gedir, ya hüquqi statusdan, əsas olan odur ki, prezidentlər işğal faktından danışıblar. Bu fikir çox təhlükəlidir və prezidentlər Azərbaycanın bu barədə provokasiyalarına uyaraq rəsmi Bakının işlətdiyi terminlərdən istifadə ediblər".Putin, Sarkozi, Obama: iki türk, bir müsəlmanErməni Milli Komitəsinin digər nümayəndəsi, «Erməni Ümumilli Hərəkatı»nın üzvü və sabiq milli təhlükəsizlik naziri David Şahnazaryan isə Medvedyevin «xəyanəti»ni bağışlaya bilmir. O, deyib ki, «bəs Barak Obama Keniya, Nikolya Sarkozi də macar əsilli olduqları üçün millət, xalq məsələlərindən çox da anlamazlar. Balam, bəs, Medvedyevdən nə əcəb?» Doğrudur, Şahnazaryan bundan bir-iki il qabaq Rusiyanın hazırkı baş (çısı) naziri Vladimir Putinin milli kökləri barədəki fikirlərini təkrar etməyib. Məsələn, deməyib ki, Putin tatarəsilli olduğu üçün türklərin tərəfini saxlayır. Elə Medvedyevi də o bizləyib ki, gedib Kanadada hətərən-pətərən danışsın. Bu yerdə Putinin türkəsilli olması məsələsinə də aydınlıq gətirək ki, məsələni başa düşməməklə iş qəlizləşməsin. Putin bundan xeyli əvvəl ruslarda məşhur olan «hansı rusu kəssən, içindən tatar çıxar» (və yaxud da, «hansı rusu bölsən, yarısı tatar çıxacaq») kəlməsini xatırladaraq demişdi ki, Rusiyada yaşayan xalqları rus və ya qeyri-rusa bölmək düzgün deyil. Elə həmin vaxtlar Şaxnazaryan bir versiya irəli sürmüşdü: Putin əslən tatar olduğu üçün belə deyib. Elə son dövrlərdə Türkiyə ilə Rusiyanın münasibətlərinin istiləşməsini də Şaxnazaryan «etnik bağlılıq»la əlaqələndirib. Mənşəyi fizik olduğundan, yəqin ki, cənab Şaxnazaryan qanların fiziki xassələrini və s. bizdən yaxşı bilər. Əgər doğrudan da, Putin onun dediyi kimi, tatar əsillidirsə, damarlarından türk qanı axırsa, türklər demişkən, nə mutlu bizə. İndi Şaxnazaryanın məntiqinə söykənsək, onda Sarkozini də türkəsilli çıxara bilərik. Çünki adam milliyyətcə macardır və macarlarla türklərin soy bağlılığını da tarixçilər axtarıb tapıblar, biz deyil. Qalır bircə, Obamanın milli mənsubiyyəti. Şaxnazaryan yəqin deyəcək ki, burada da müsəlman faktorunun rolu olub. Nə isə, biz Allahın xoşbəxt yaratdıqlarıyıq ki, üç həmsədr ölkənin üçünü də «bizimkilər» idarə edir. Əks təqdirdə, 20 ilin başına Kanadadan bəyanat gəlməzdi. Mən bizimkilərin bu bəyanatdan niyə bu qədər sevincək olduqlarını başa düşmədiyim kimi, ermənilərin də niyə bu qədər qəzəbnak olduğunu anlamaqda çətinlik çəkirəm. Bu bəyanat aşağı-yuxarı indiyədək Qarabağla bağlı verilmiş bəyanatların, qəbul edilmiş sənədlərin növbətisidir, bu qədər. Həmin bəyanatın qüvvəsinin burax beş rayonu, heç bir kəndi belə geri qaytarmaq qüvvəsində olub-olmadığını bilmirəm. Bircə onu bilirəm ki, ermənilər çox dinamik xalqdırlar. Bizimkilər hələ də Kanadada nə baş verdiyini özləri üçün hələ saf-çürük eləməyiblər. Ermənilər isə Ağ Evin, Kremlin, Yelisey sarayının qabağında Allah bilir neçənci aksiyalarını planlaşdırıblar. «Müharibəyə xoş gəldin»Ruslarda yaxşı bir söz var: terrorizirovat. Azərbaycancaya çevirsək, terrorizə etmək alınacaq ki, bu da ruscadakı mənanı tam ifadə eləmir. Ermənilər iyunun 18-də öldürülmüş 4 erməni əsgəri ilə bizi mənən terrorizirovat eləmək istəyirlər. Məsələn, Ermənilərin Strateji və Milli Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kirakosyan «Ermənistan Hillari Klintonun səfərindən nə gözləyir» sualının cavabında deyib ki, «Heç nə. Azərbaycan Klinton və amerikalılara mesaj göndərib ki, müharibəyə xoş gəldin». Kirakosyanın fikrincə, Azərbaycanın Qarabağ münaqişəsi bölgəsində hərbi əməliyyatlara başlamaq barədə qərar qəbul etməsi istisnadır, amma, ola bilsin ki, Azərbaycan tərəfi münaqişə zonasında diversiya və provokasiyalar yolu ilə «təsadüfi müharibə» variantına əl atsın. Kirakosyan ölkəsinin hərbi rəhbərliyinə 18 iyun əməliyyatından düzgün nəticə çıxarmağı tövsiyə edib. «Əgər qarşıdurmada erməni tərəfi zəiflik nümayiş etdirsə, bu Azərbaycana hərbi əməliyyatları başlamaq üçün əsas verəcək. Hər bir zəif cavab, Azərbaycanın qələbəsinin mümkünlüyü kimi qiymətləndiriləcək». – deyən Kirakosyana görə, hər bir aksiya adekvat cavabını almalıdır. Kirakosyan Klintonun Bakı səfərini xüsusi qısqanclıqla qarşılayıb. Klintonun Azərbaycanın iştirakçısı olduğu enerji layihələrinə həddindən artıq diqqət ayırdığını xatırladan Kirakosyan, «bu səfərdə yəqin ki, Azərbaycanın regional enerji strategiyasındakı rolunu necə artırmaq barədə müzakirələr aparacaq. Və bunun müqabilində də Azərbaycana nələrisə vəd verəcək. Azərbaycanı məşğul edən əsas problem Qarabağ olduğundan, yəqin ki, rəsmi Bakı Klintondan bəzi imtiyazları almağa çalışacaq» deyə bildirib. Sərhədləri uşaqlar qoruyur?18 iyunda baş verənlər Ermənistanın milli qəhrəmanı Arkadi Ter-Tadevosyanı da özündən çıxarıb. Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryanın "Ermənistanın sərhədlərinin təhlükəsizliyi zəif səviyyədədir" fikrinə qəzəblənən Ter-Tadevosyan onu «suyu bulandırmaqda» ittiham edib. «O harda olub və nə işlə məşğul olub? Niyə əvvəllər bu barədə danışmayıb? O, bilməliydi ki, bizim hansı problemlərimiz var və onlar necə həll edilməlidir. Elə etmək lazım idi ki, tərəflərdən heç biri itki verməsin. Sərhədlərdə uşaqlar dayanır. Rəhbərlik qurbanların verilməsindən qaçmaq üçün bütün mümkün vasitələrdən istifadə etməlidir. Əgər rəhbərlik yatırsa, bu ilk növbədə onların günahıdır. Bizim sərhəddəki uşaqlarımız, əsgərlərimiz sakit həyatdan müharibəyə düşüblər. Və biz onlarla məşğul olmalı, onları öyrətməliyik. Əgər rəhbərlik öz borcunu yerinə yetirmirsə, bu ona başucalığı gətirmir. Azərbaycanın qabağından qorxub qaça bilmərik. Amma bütün dünyaya da çatdırmağı özümüzə borc bilməliyik ki, Azərbaycan sülhü pozur, erməni sakinləri silahla hədələyir».Sarkisyanla Saakyan məhəllədə uşaq oyunu oynayırNə isə. Bu gün erməniləri üç şey narahat edir. Birincisi, prezidentlərin bəyanatları, ikincisi, münaqişə zolağında erməni əsgərlərin ölməsi, üçüncüsü, Klintonun səfəri. Bu yerdə «Əri döymüş gəlini it də bir yandan tutdu» məsəli yadıma düşdü. Yəni «Freedom House»nin son günlər yaydığı hesabatı. Orada «Ermənistanın yarımavtoritar ölkə olduğu barədə yazılıb. Qeyd olunub ki, 2009-cu ildə Ermənistanda demokratiya üçün vacib olan sahələr – şəffaf seçki, mətbuat azadlığı, müstəqil məhkəmə sistemi, demokratik idarəetmə kimi sahələrdən heç birində irəliləyiş müşahidə olunmayıb. Sənəd müəllifləri bildiriblər ki, ötən il ərzində rəsmi Yerevan «regional siyasət sahəsində müəyyən irəliləyişlərə nail olub», amma bu, ölkədə demokratik idarəetmənin yaranmasına heç bir təsir göstərməyib: «2008-ci ilin prezident seçkisindən sonra yaranmış siyasi böhranın mənfi fəsadları hələ də qalmaqdadır». Hesabatda Ermənistanda hələ də «mart hadisələri»lə əlaqədar həbs olunmuş 15 müxalifətçinin azadlığa buraxılmaması, 16%-lik iqtisadi geriləmənin ölkədə inamsızlıq və bədbinliyi artırdığı qeyd olunub. Seçki sahəsində irəliləyişin olmaması bildirilib: «2009-cu ildə ölkədə Yerevan Ağsaqqallar şurasına keçirilmiş ilk seçkidə də genişmiqyaslı saxtakarlıq və pozuntulara yol verilib. Rəqabət yüksək olsa da, seçkiqabağı rüşvət paylama, təzyiq kimi vasitələr hələ də demokratiya meyarlarından uzaq vasitələrə üstünlük verildiyini göstərib». «Freedom House» Serj Sarkisyanın ölkəsində söz azadlığı sahəsində də vəziyyətin yaxşı olmadığını yazıb. Bildirib ki, şirkətlərə itaətsiz KİV-ə reklam verməmək üçün təzyiq göstərilir, hələ də jurnalistlərin hədə və hücumlarla üzləşdiklərinə dair məlumatlar mövcuddur. Serjik, hakimiyyət tayfa prinsipləri ilə idarə olunmamalıdır!İndi erməni müxalifətinin lideri, sabiq prezident Levon Ter-Petrosyan «Freedom House»nin bu bəyanatını Sarkisyan əleyhinə yönəltmək üçün əcəb fürsət yaxalayıb. Deyib ki, ««Freedom House»nin hesabatı həqiqətləri əks etdirir. Bu gün Ermənistanda vəziyyət hesabatlarda göstərilənlərdən daha dəhşətlidir. Sarkisyan rejimi ilə təkcə ölkənin sərhədləri deyil, gələcəyi belə çox böyük sual işarəsi altındadır». Belə yerdə deyirlər: «Keçmə namərd körpüsündən». Ter-Petrosyan Sarkisyanın həmyerlisi, Qarabağda özünü "prezident" elan eləmiş Bako Saakyana da ilişməyindən qalmayıb: «Hakimiyyət tayfa prinsipləri ilə idarə olunmamalıdır. Bu rejim yaşamağa davam etsə, demokratik islahatlar, radikal iqtisadi dəyişikliklər olmasa, biz torpağımızı da, varlığımızı da, kimliyimizi də itirəcəyik. Sarkisyanla Saakyan özlərini elə aparırlar ki, kənardan onların məhəllədə hansısa uşaq oyunu oynadığı təəssüratı yaranır. Saakyan 18 iyunda baş verənlərdən sonra yarasına duz basmalıdır ki, yata bilməsin».TomrisMilli.Az
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu