SON XƏBƏRLƏR

Azərbaycanda ancaq Avropa standartına uyqun avtomobillər istifadə olunacaq

2021.10.20, 07:36
Azərbaycanda ancaq Avropa standartına uyqun avtomobillər istifadə olunacaq

Gunaz.tv

GünAzTv: Azərbaycana «Avro-2» standartına cavab verməyən avtomobillərin idxalı qadağan olunub. Atmosferə atılan tullantılarla bağlı yeni ekoloji standartların tətbiqinə başlanılıb.

Dünəndən bəri Azərbaycanda ölkəyə idxal olunan avtomobillər üçün atmosferə atılan tullantılarla bağlı yeni ekoloji standartların tətbiqinə başlanılıb. Nazirlər Kabinetinin qərarına əsasən, 2010-cu il iyul ayının 1-dən «Avro-2» standartlarına cavab verməyən avtomobillərin ölkə ərazisinə idxalı qadağan olunur.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) bildirilib ki, yeni standartlar yeni avtomobillərə və hansısa dövlətdə müəyyən dövr istismar olunub ölkəyə gətirilən avtomobillərə şamil olunacaq. Azərbaycanda daimi yaşayan fiziki şəxslər və fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən bu standartın qüvvəyə minməsindən əvvəl (01.07.2010-cu il tarixindən əvvəl) alınan, ölkədə istismar olunan, ölkə ərazisindən kənara çıxarılan və sonradan yenidən gətirilən avtonəqliyyat vasitələrinə və nadir avtomobil vasitələrinə isə bu qaydalar aid edilməyəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar