SON XƏBƏRLƏR

İran-Türkiyə-Braziliya arasında üçtərəfli görüş olacaq

2021.10.20, 07:36
İran-Türkiyə-Braziliya arasında üçtərəfli görüş olacaq

Gunaz.tv

GünAzTv:  Planlaşdırılan görüşdə İranın nüvə məsələsi ilə bağlı müzakirələr davam etdiriləcək.

Sözügedən görüş  barədə İranın xarici işlər naziri məlumat açıqlayıb. Onun türkiyəli həmkarı Əhməd Davudoğlu isə, qonşu ölkəyə qarşı tətbiq edilən sanksiyaların ləğvi və yenidən danışıqların başladılması təklifi ilə çıxış edərək deyib: 

«İrana qarşı sanksiyaların tətbiq edilməsinə baxmayaraq biz danışıqların davam etdirilməsi və bu sanksiyaların ləğvinin tərəfdarıyıq». Türkiyənin xarici İşlər naziri Əhməd Davutoğlu bu addımın atılması üçün hər iki tərəfin sərt iradə nümayiş etdirməsini vacib sayıb

Tehran anlaşmasının Atom Enerjisi üzrə Beynəlxaq Agentlik və digər ölkələrin uranla bağlı qərarlarını tamamladığını vurğulayan Davutoğlu bölgədə nüvə təhlükəsinin azaldılması və sülhün təmin olunması üçün müzakirələrin davam etdirilməsini zəruri sayıb.

Iranın Xarici Siyasət idarəsinin rəhbəri Mənuçöhr Möttəki  BMT-yə məktub göndərərək nüvə proqramı ilə bağlı ölkəsinə qarşı tətbiq edilmiş sanksiyaların yumşaldılmasını xahiş edib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar