SON XƏBƏRLƏR

İranda 900000 uşaq həyat yoldaşı rolunda

2021.10.20, 07:36
İranda 900000 uşaq həyat yoldaşı rolunda

Gunaz.tv

GünAzTv: Bir insan haqları fəalı bəyan edib ki, təssüflə İranda 900 min nəfərdən 950 minə qədər ailəli uşaq var. onlardan 85 faizi qız uşağıdır.

 

Məhəmməd Bonyadzadə bu rəqəmin rəsmi statistika olduğunu vurqulayaraq bildirib ki, belə bir hadisə beynəlxalq konvensiyaya tam ziddir.

 

Cənab Bonyadzadə qeyri rəsmi statistikaların daha yüksək rəqəmi göstərdiklərini vurqulayıb.

 

Onun sözlərinə görə, İranda seçkilərdə səsvermək yaşı, beynəlxalq standartlara və qanunlara uyqun tənzimlənir. Ancaq iş məsələsinə gəlincə azyaşlı uşaqlar işləməli olurlar. Onların hüququ müdafiə olunmur. Ümumiyyətlə bu sahəyə nəzarət edilmir.

 

Onun sözlərinə görə, azyaşlı qızlar uşaqlıq etmək, idman və təhsillə məşqul olmaq yerinə həyat yoldaşı rolunu oynamağa və kiminsə cinsi şəriki olmağa məcburdurlar. Onlar ev qayğısı çəkib və təhlükəli hamiləliklərlə üz-üzə qalırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar