SON XƏBƏRLƏR

Şübhəli məhkəmə hökmü: İranda 2 nəfərə edam cəzası verildi

2021.10.20, 07:36
Şübhəli məhkəmə hökmü: İranda 2 nəfərə edam cəzası verildi

Gunaz.tv

GünAzTv: İranın paytaxtı Tehranın cənubundakı bir həbsxanada (Kəhrizək)  keçən yay ən az 3 nəfərin ölümündən müqəssir olaraq mühakimə edilən 2 adama edam cəzası verilib.

Məhkəmədən verilən yazılı açıqlamada, ''2 şübhəliyə edam cəzası, 9-una müxtəlif həbs və qırmanc cəzaları verildi, bir adam bəraət aldı'' deyilib.

Hadisələ əlaqədar istintaq hesabatında, Mahmud Əhmədinejadın yenidən dövlət başçısı seçilməsinin arxasından təşkil edilən müxalifət nümayişlərinə qatılan Məhəmməd Kamrani, Muhsin Ruholamini və Əmr Cevadifarın Kahrizakdakı həbsxanada saxlanıldıqları əsnada öldüyü ifadə edilmişdi.

Qeyd edək ki, məhkəmə açıqlamasında məhkumların adı qeyd olunmayıb. Həmçinin onlara əmr verənlər barədə də heç bir məlumat göstərilmir. Digər tərəfdən isə məhkəmə hökmü hələlik qəti deyil. Hökmə apelyasıya məhkəməsə yenidən baxa bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar