SON XƏBƏRLƏR

PKK-ya ağır zərbə: Suriyada 400 terrorçu həbs edilib

2021.10.20, 07:36
PKK-ya ağır zərbə: Suriyada 400 terrorçu həbs edilib

Gunaz.tv

GünAzTv: Suriyada PKK terror təşkilatına qarşı böyük əməliyyat həyata keçirilib. Ölkənin müxtəlif şəhərlərində keçirilən geniş miqyaslı əməliyyatlarda 400 terrorçu həbs edilib.

Əməliyyatlar Hələb, Qamışlı, Afrin, Haseke və Rakka şəhərlərini əhatə edib.

Həbs olunanlara qarşı "terror təşkilatına üzv olmaq, zorla xərac toplamaq, Suriya torpaqlarını bölərək ayrı dövlət qurmaq cəhdi göstərmək" ittihamları irəli sürülüb.

Terror təşkilarına yardım edənlərə dövlət tərəfindən istifadə olunması üçün verilən topraqların da geri alınacağı bildirilib.

Keçən həftə də Suriyanın müxtəlif şəhərlərində həyata keçirilən əməliyyatlarda 11 PKK-çı öldürülüb.

Bir müddət öncə Türkiyəyə gələn Suriya prezidenti Bəşər Əsad terror təşkilatının fəaliyyətlərinin qəbul edilməz olduğunu, Türkiyə və Suriya təhlükəsizlik qüvvələrinin terrora qarşı əməkdaşlıq etdiklərini bildirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar