SON XƏBƏRLƏR

Türkiyə və İsrail arasında yüksək səviyyəli gizli görüş olub

2021.10.20, 07:36
Türkiyə və İsrail arasında yüksək səviyyəli gizli görüş olub

Gunaz.tv

GünAzTv: İsraillə Türkiyə arasında münasibətlərin gərginləşməsindən sonra ilk yüksək səviyyəli görüş keçirilib.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə İsrailin ticarət naziri Bünyamin Ben Eliezerin Belçikanın paytaxtı Brüsseldə gizli şəkildə görüşdükləri öyrənilib.

Məlumata görə, nazirlərin bir oteldə gerçəkləşdirdikləri görüş 2,5 saat davam edib. Gizli görüşdə qopma nöqtəsinə gələn iki ölkə münasibətlərinin necə bərpa olunacağı haqda danışılıb.

Nazirlərin görüşü İsraildə ortalığı qarışdırıb. Belə ki, görüşün baş naziri Bünyamin Netanyahu ilə müdafiə naziri Ehud Barakın bilgisi daxilində olduğu, ancaq radikal xarici işlər naziri Avigdor Libermanın xəbərdar edilmədiyi məlum olub. Liberman buna qəzəblənib və Netanyahu ilə aralarındakı etimadın sarsıldığını söyləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar