Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: BABın (Bütöv Azərbaycan Birliyi) hazırkı rəhbəri Aqil Səmədbəyli "Həftə içi" qəzetinə BABın fəaliyyətı barədə müsahibə verib. Müsahibəni olduğu kimi təqdim edirik.
Rəhmətlik Əbülfəz Elçibəyin yaratdığı Bütöv Azərbaycan Birliyinin (BAB) fəaliyyətindən son illər heç bir xəbər yoxdur. Uzun illər Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparmış bu təşkilat barədə mətbuatda heç bir informasiya artıq getmir. Bu yaxınlarda öyrəndik ki, təşkilatın hazırkı rəhbəri Əbülfəz bəyin kürəkəni Aqil Səmədbəylidir. O, "Həftə içi"nə müsahibəsində BAB-ın fəaliyyəti və planlarından danışdı. - BAB-ın fəaliyyət prinsipində heç bir dəyişiklik yoxdur. Əvvəlki qaydada yoluna davam edir. Saytımız fəaliyyət göstərir, hərdənbir qərargahımızda tədbirlər keçiririk. Bu ay yenə də tədbirlərimiz olacaq. Fəaliyyətimiz yüksək səviyyədə deyilsə də, indiki şəraitə və maddi imkanlarımıza görə müsbət dəyərləndirmək olar. - Təşkilat necə maliyyələşir? - BAB ancaq bu təşkilatı sevən qeyrətli oğulların hesabına ayaq üstə dayanır. - Bəs iş adamları kömək etmirmi? - Düzü, iş adamları maliyyə yardımı ayırmaqda elə də meyilli görünmürlər. Yəqin, mən müxalifətçi olduğuma görə bu tendensiya hiss olunur. - BAB-ın müxalifətə nə dəxli var? - Camaat belə hesab edir. Fikirləşirlər ki, Aqil Səmədbəyli müxalifətçidirsə, təşkilatı Əbülfəz Elçibəy yaradıbsa, deməli, BAB da müxalifət təşkilatıdır. Bütöv Azərbaycan Birliyi hakimiyyət uğrunda mübarizə aparan təşkilat deyil. Təəssüf ki, iş adamlarımızın əksəriyyəti məsələlərə çox praqmatik prizmadan baxırlar. Yəni Türkiyədəki kimi deyil ki, idealist təşkilatlara iş adamları kömək etsin. Bir də Azərbaycanda yardımlaşma mədəniyyəti sıfıra yaxındır. - Bəzi təşkilat təmsilçilərinin ideologiya üçün ayrılan yardımları öz mənafeləri üçün istifadə etməsi barədə məlumatlar yayılırdı. Buna görə də artıq ayrılan pulların hara xərclənəcəyi ilə bağlı problem var, yəni inam itib. Yəqin, bunu nəzərdə tutursunuzg - Yox, mən başqa təşkilatların işinə qarışmaq və gördüyü işlərə münasibət bildirmək niyyətində deyiləm. Ümumiyyətlə, Azərbaycanda ideoloji formada yardımlaşma mədəniyyətinin olmamasını nəzərdə tuturam. Fərdi qaydada qohum qohuma yardım edə bilər və eləyir də. Amma ideoloji mənada iş adamları ideya uğrunda mübarizə aparan milli təşkilatlara, təəssüf ki, yardım etmirlər. Bütövlükdə bu mədəniyyət bizdə çox zəifdir. Bu mənada mən Türkiyəyə həsəd aparıram. Arzu edirəm ki, Azərbaycan cəmiyyəti Türkiyədəki mövcud cəmiyyətin səviyyəsinə gəlib çatsın. - Bəydən sonra təşkilat nə qədər fəaliyyətsiz qaldı və hansı struktur dəyişiklikləri həyata keçirildi? - Ümumiyyətlə, BAB fəaliyyətsiz olmayıb. Fəaliyyətimizin zəiflədiyi dönəmlər olub, bir müddət qərargahsız qalmışıq. Cəmiyyətə mütəmadi informasiya çatdırmaq imkanımız olmasa da, dar çərçivədə, ev şəraitində tədbirlərimizi davam etdirmişik. Əslində, Bütöv Azərbaycan Birliyinin arxasında dövlət dəstəyi dayanmalıdır. Çünki bu, birbaşa Azərbaycanın milli təhlükəsizliyi, millətin taleyi ilə bağlı olan bir məsələdir. Bütöv Azərbaycan ideyasına dövlət sahib çıxmalıdır. Necə ki qondarma böyük Ermənistan, böyük Yunanıstan ideyaları dövlət səviyyəsində təbliğ olunur. Baxmayavraq ki "böyük Ermənistan" və "böyük Yunanıstan" ideyaları xülyadır. Yəni olmayan bir şeyi olmuş kimi təlqin edir və cəmiyyətin enerjisini bu istiqamətə yönləndirə bilirlər. Amma biz olan haqqımız uğrunda mübarizə aparırıq, var olanı deyirik. Azərbaycan rəsmən bölünüb, parçalanıb. Biz bu parçalanmanı aradan qaldırmaq, milli hüquqlarımızı, azadlığımızı əldə etmək istəyirik. Təəssüf ki, nəinki bizə dəstək verirlər, əksinə, yolumuzu hər tərəfdən kəsməyə də çalışırlar. - Deyirsiniz ki, yolumuzu kəsməyə çalışırlar. Buna səbəb nədir? - Səbəbini yolumuzu kəsənlərdən soruşmaq lazımdır. Bizim dərdimiz millət dərdidir. Başımızı aşağı salıb işimizlə məşğul olmaq istəyirik. - Nizamnamə əvvəlki kimidir, yoxsa müəyyən dəyişikliklər edilib? - Heç bir şey dəyişilməyib. Hər şey Əbülfəz Elçibəyin bizə miras qoyub getdiyi kimi qalır. - Yəni əsas istiqamət Güneylə bağlıdır? - Mən indiyə qədər heç bir siyasi partiyanın üzvü olmamışam, olmaq da istəmirəm. Sadəcə, millət vəkili kimi parlamentdə Güneydəki soydaşlarımızın haqqını dilə gətirmək və Bütöv Azərbaycan davasını davam etdirmək istəyirəm. Hələ ki buna nail olmamışam. Biz dava adamıyıq, Elçibəyin əsgərləriyik. O bizim gedəcəyimiz yolu qoyub, prinsiplər müəyyəndir. Biz o yolda tanrının imkan verdiyi, gücümüzün yetdiyi qədər mübarizə aparacağıq. Mən inanıram ki, Azərbaycanın güneyi də azad olacaq. Azərbaycan guneyli quzeyli bütövləşib vahid dövlətə çevriləcək. - Güneylə bağlı həm xaricdə, həm də ölkə daxilində fəaliyyət göstərən təşkilatlar var. Onlarla hər hansı formada bağlılıq varmı, əməkdaşlıq edİrsinizmi? - Hamısı ilə əlaqələrimiz, münasibətlərimiz var. Hər şey normaldır, heç kimlə də ziddiyyətimiz yoxdur. Açığı, sevindirici haldır ki, xaricdə olan soydaşlarımızın, xüsusilə də güneyli qardaşlarımızın arasındakı ziddiyyətlər də aradan qalxmaqdadır və birlik istiqamətində müəyyən addımlar atılır. Bu bizim hər zaman dilə gətirdiyimiz və olmasını istədiyimiz məsələlərdir. Çox böyük düşmənlərə qarşı mübarizə aparırıq. Həmin mübarizədə qalib gəlmək üçün yumruq kimi birləşməliyik. Millət və dövlət bir hədəfə vurmalıdır ki, istəklərimizə nail olaq. Sevindirici halların baş verməsi inamımızı daha da artırır. İnanıram ki, tanrı bizə o günləri görməyi və proseslərin iştirakçısına çevrilməyimizi nəsib edəcək. - Təşkilatın sonuncu qurultayı nə vaxt keçirilib və növbəti qurultay planlaşdırılırmı? - Əbülfəz Elçibəy əbədiyyətə qovuşduqdan sonra qurultayımızı keçirə bilməmişik. Bunun da səbəbi maddi çətinliklə bağlı olub. - Bəs İdarə Heyəti necə formalaşıb? - İdarə Heyəti bəyin vaxtından formalaşıb və həmin insanlarla işimizi davam etdiririk. Bu barədə problem yoxdur. Növbəti qurultayın nə vaxt keçiriləcəyinin isə vaxtı hələ dəqiq deyil. Yəni bir fədakar iş adamı desə ki sizin qurultayınızı maliyyələşdirməyə hazıram, onda qurultayımızı keçirə bilərik. - Dediniz ki, fəaliyyətsiz deyilsiniz və toplantılarınız da olur. Elə isə təbliğatınız niyə getmir? - Müxalifət sayılan qəzetlərimizin bir neçəsi ümumiyyətlə bizim tədbirlərimiz haqqında informasiya vermirlər, qısqanclıq edİrlər. Bunun obyektiv və subyektiv səbəbləri var. Bəzi qəzetlər İranla bağlıdır. Bəziləri İrandan maliyyələşir, əvəzində bu cur fəaliyyətləri işıqlandırmırlar. Təkcə qəzetlər yox, təəssüf ki, elm ocaqlarında da İranın aybaay maaş verdiyi xeyli adam ideya əleyhinə təbliğat aparır. Belə məsələlər hər zaman olub və olacaq. Bunlar bizi qətiyyən ruhdan salmır və qorxutmur.
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu