SON XƏBƏRLƏR

Rejim Babək Qalası yürüşünə qarşı hərəkətə keçib

2021.10.20, 07:36
Rejim Babək Qalası yürüşünə qarşı hərəkətə keçib

Gunaz.tv

GünAzTv: İran hakimiyyəti Bəzz qalasına yürüşə icazə vermək niyyətində deyil. Əhərdən Kəleybərə qədər bir neçə nəzarət məntəqəsi qurulub.

 

Güney Azərbaycanda Bəzz qalasına yürüş aksiyasına hazırlıq davam edir. Güneyin bir sıra şəhərlərində Babək qalasına yürüşlə bağlı bildirişlər yayılıb. Amma İran hakimiyyəti Bəzz qalasına yürüşə icazə vermək niyyətində deyil. Bu barədə Olaylar Güney mənbələrinə istinadən xəbər yayıb.

 

Məlumata görə, Əhərdən Kəleybərə qədər ərazidə bir neçə yerdə nəzarət buraхılış məntəqələri qurulub. İnsanlar bölgəyə yoхlanaraq buraхılır.

 

Bir sıra şəhərlərdə siyasi fəallar ETTELAAT-a (İran Kəşfiyyat Nazirliyi) çağırılıb, onlara Bəzz qalasında iştirak etməməklə bağlı хəbərdarlıq edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar