Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları) , Rusiya və Fransa prezidentlərinin Dağlıq Qarabağ üzrə birgə bəyanatları praktik iş görüləcəyi halda təsiredici olacaq. Lakin bəyanat faktı öz-özlüyündə Bakının mövqeyini əks etdirir, Azərbaycanın dünya liderləri üçün əhəmiyyətli rolundan xəbər verir.
"Prezident bəyanatları kimi belə təşəbbüsləri həyata keçirmək yalnız dünya ölkələrinin səyi nəticəsində mümkündür", - Trend-in Ekspertlər Şurasının üzvü Fikrət Sadıqov belə hesab edir. - "Ermənistan anlamalıdır ki, bu, ciddi bəyanatdır. Bunun ardınca əməli tədbirlər, hətta sanksiyalar ola bilər".
Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa prezidentləri Kanadada keçirilən "Böyük səkkizlik"in zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi barədə birgə bəyanatla çıxış edərək, Azərbaycan və Ermənistan rəhbərlərini sülh müqaviləsinin hazırlanmasına başlamaq üçün münaqişənin həll olunmasının əsas prinsipləri üzərində işi sürətləndirməyə çağırıblar.
Bəyanatda bildirilir ki, prezidentlər hər iki tərəfin münaqişənin bir sıra prinsiplərə, o cümlədən, Dağlıq Qarabağ ətrafındakı torpaqların Azərbaycana qaytarılması, DQ-nin təhlükəsizliyi və özünüidarəsi üçün təminat verən keçid statusu və DQ-ni Ermənistanla birləşdirəcək dəhliz kimi prinsiplərə əsaslanması zərurətini anlaması faktını irəliyə doğru mühüm addım sayırlar.
Bu prinsiplər sırasında Dağlıq Qarabağın, onun bütün əhalisinin iradəsini bildirməsi nəticəsində, gələcək hüquqi statusun təyin olunması, bütün qaçqın və məcburi köçkünlərin öz əvvəlki evlərinə qayıtmaları, beynəlxalq təhlükəsizlik zəmanətləri, o cümlədən, sülhməramlı əməliyyatlar da göstərilib.
Müşahidəçilərin fikrincə, ATƏT-in Minsk qrupu ölkələri həmsədrlərinin bəyanatı Ermənistanın mövqeyindən daha çox, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyini əks etdirir. Onu da qeyd etmək lazımdır ki, Ermənistan tərəfi də bəyanatdan razı qaldığını bildirib.
"Yerevan Kanadada "Böyük səkkizlik"in sammiti çərçivəsində Rusiya, ABŞ və Fransa prezidentlərinin Dağlıq Qarabağ üzrə bəyanatlarını yüksək qiymətləndirir", - bazar günü Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bildirib. Bu barədə RİA-"Novosti" iyunun 28-də məlumat yayıb.
Erməni politoloqu Ervand Bozoyan hesab edir ki, Ermənistan XİN-in cavabı kifayət qədər tez verilib. "Xarici İşlər Nazirliyi tərəfindən dərhal müsbət cavab vermək düzgün deyil. Bu baxımdan, Azərbaycan özünü daha ciddi aparıb. Biz də özümüzü bir qədər ciddi aparsaydıq, daha yaxşı olardı", - Bozayan qeyd edib. Bu barədə News.am yazıb.
Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Torontoda verilən son bəyanatını yüksək qiymətləndirib və vacibliyini təsdiq edib.
"İşğal işğaldır və bunu hamı tanıyır. Əgər biz ermənilərin istədiklərini bilsək, mənim Dağlıq Qarabağ münaqişəsinin həllinə dair optimizmim güclənəcək. Əgər onlar Qarabağın anneksiyasını istəyirlərsə, bu mümkün deyil. Əgər onlar bölgənin müstəqilliyini təkid etməyə davam edərlərsə, zənnimcə, bu da mümkün deyil", - Məmmədyarov iyunun 29-u Almaniyaya səfərinin çərçivəsində Bundestaqın deputatları ilə görüşü zamanı bildirib.
Müşahidəçilərin fikrincə, prezidentlərin bəyanatı dünya liderlərinin münaqişənin həll olunmasında maraqlarını əks etdirir.
"Bu bəyanata ən yüksək səviyyədə marağın olmasının və sülh prosesinə sadiqliyin əlaməti kimi baxılmalıdır", - Qafqaz üzrə avropalı ekspert Liçiniya Simao belə hesab edir.
Onun sözlərinə görə, son həftə ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində artan gərginliyi nəzərə alsaq, çıxışın müddətinin də böyük əhəmiyyəti var.
"Bununla belə, prezidentlərin prosesin dəstəklənməsi üzrə səyləri davam etdirmələri və ya ictimai diplomatik jest ilə kifayətlənəcəkləri aydın deyil", - Trend-ə elektron poçtla Cənubi Qafqaz ölkələri üzrə ekspert, University of Coimbra-nın (Portuqaliya) əməkdaşı Simao deyib.
Ekspertin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında üç ölkənin, xüsusilə də onların Gürcüstan və Qırğızıstanda davam etməkdə oaln münaqişələrdə vasitəçilik missiyalarının uğursuzluqla nəticələnməsini nəzərə alsaq, birgə səyi vacibdir.
Amerikalı ekspert Tomas de Vaalın sözlərinə görə, Dağlıq Qarabağ üzrə sülh prosesi ləngiyib, belə ki, iki prezident qarşılarındakı masanın üstündəki sənədlərin yalnız 90 faizi haqqında razılığa gələ bilərlər.
"Fransa, Rusiya və ABŞ prezidentlərinin bəyanatı razılaşmanın əsas sxeminin qüvvədə olmasını xatırlatmaq üçün edilib", - o deyib.
"Mən inanıram ki, həm beynəlxalq, həm də Ermənistan və Azərbaycan ictimaiyyətindəki yeni resurslar sülhün bərqərar olması və kompromisin əldə edilməsi üçün vacibdir. İnamsızlıq mühitini dəyişdirmək mümkün olsa, proqresə nail olmaq olar", - Karnegi Beynəlxalq Sülh Fondunun Qafqaz üzrə baş elmi işçisi Tomas de Val bildirib.
Simaonun fikrincə, bəyanat erməni tərəfini çox güman ki, məyus edib, çünki Ermənistanın nəzarəti altında olan, Dağlıq Qarabağdan kənarda yerləşən ərazilər "işğal olunmuş adlandırılıb". Bu formulirovkadan erməni lobbisi qaçmağa cəhd göstərib. O belə hesab edir.
Bundan başqa, Ermənistan-Türkiyə prosesinin dalana dirənməsi də Ermənistandakı hakim koalisiyanı çox çıxılmaz vəziyyətə salıb və xarici siyasətin əsas məsələləri üzrə güzəştin edilməsi Ermənistanın daxilində birmənalı qarşılanmayacaq.
Azərbaycanlı politolq Sadıqovun fikrincə, prezidentlərin Dağlıq Qarabağla bağlı bəyanatında Azərbaycan üçün daha çox müsbət amilin olması Azərbaycan diplomatiyasının uğurları, yeni hərbi doktrina, Azərbaycanın mövqeyinin çevikliyi və hətta rəsmi Bakı tərəfindən səslənən hərbi ritorika ilə də əlaqədardır.
"Azərbaycan regionun əsas oyunçusuna çevrilir ki, bu da dünya liderlərinin mövqeyində öz əksini tapıb", - o deyib.
Simaonun sözlərinə görə, məhz Azərbaycanın regiondakı vəziyyəti dünya liderlərinin belə müsbət bəyanat vermələri ilə nəticələnib.
Onun fikrincə, ABŞ Bakının vacib regionda vacib tərəfdaş olmasını tanımaqla, Azərbaycanla münasibətlərini yaxşılaşdırmağa səy göstərir. "Vaşinqton əmin olmaq istəyir ki, Azərbaycan onu Əfqanıstandakı müharibədə dəstəkləməyə hazır olacaq", - o belə hesab edir.
Bundan başqa, İranın nüvə proqramına qarşı ritorikanın artım səviyyəsində ABŞ üçün Azərbaycanın vəziyyəti daha da aktuallaşır. Odur ki, dünya liderlərinin Azərbaycanla münasibəti Dağlıq Qarabağ prosesini lazımi səviyyəyə istiqamətləndirmək üçün mühüm addımdır.
Ekspertin fikrincə, perspektivdə Vaşinqtonun sülh prosesinin Azərbaycanla münasibətləri yaxşılaşdırmağa kömək edə bilməsi barədə qərara gəlməsi təhlükəsi mövcuddur.
"Bu o demək olacaq ki, Dağlıq Qarabağ münaqişəsindəki müsbət addımlar ABŞ üçün öz-özlüyündə məqsəd deyil, Azərbaycanla münasibətləri yaxşılaşdırma yolunda atılan addım kimi nəzərdən keçirilir", - o qeyd edib.
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu