SON XƏBƏRLƏR

İbrahim Rəşidi (Savalan) Təbriz ETTELAATına köçürülüb

2021.10.20, 07:36
İbrahim Rəşidi (Savalan) Təbriz ETTELAATına köçürülüb

Gunaz.tv

GünAzTv mətbuat mərkəzinin “Öyrənci”-yə istinadən yaydığı məlumata görə, tanınmış milli-mədəni fəal cənab İbrahim Rəşidinin (Savalan) Təbriz ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) Şöbəsinin təcridxanasına köçürüldüyü bildirilir.

 

Cənab Rəşidi Ərdəbildə tutulduğu zaman ondan bir neçə gün xəbər olmayıb, Sonra isə ancaq bir dəfə öz ailəsi ilə telefon əlaqəsi saxlayaraq yaxalandığı barədə məlumat vermişdi.

 

Qeyd edək ki, yazıçıç, jurnalist milli-mədəni fəal cənab Rəşidi 2010-cu il iyun ayının 14-də (1389-cu il xordad ayının 24-ü) Ərdəbildə yaxalanıb, naməlum istiqamətə aparılmışdı.

 

Güney Azərbaycan milli hərəkatının fəal üzvlərindən olan İ.Rəşidi milli zəmindəki fəaliyyətlərinə görə il yarım əvvəl tutulub 5 ay həbsdə saxlandıqdan sonra 50 min dollarlıq mülk girovu qarşılığında azadlığa buraxılmışdı.

 

“Azərtopraq” adlı qeyri-hökumət təşkilatının qurucusu, Urmiya Universitetində fəaliyyət göstərən Şəhriyar adına ədəbi dərnəyin rəhbəri, “Bulud”, “Oyanış”, “Ulduz” və “Baxış” tələbə qəzet və jurnallarının əməkdaşı olan ərdəbilli fəalın hazırda Təbriz ETTELAAT şöbəsinin təcridxanasında saxlanıldığı müəyyənləşib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar