SON XƏBƏRLƏR

Xanım Klintonun Bakıya səfərinin dəqiq tarixi müəyyənləşib

2021.10.20, 07:36
Xanım Klintonun Bakıya səfərinin dəqiq tarixi müəyyənləşib

Gunaz.tv

GünAzTv: Hillari Klintonun Azərbaycana səfər proqramı da açıqlanıb.

ABŞ (Amerika Birləşməş Ştatları) Dövlət katibi prezident, xarici işlər naziri və gənclərlə görüşəcək.

ABŞ dövlət katibi Hillari Klintonun Bakıya səfərinin dəqiq tarixi müəyyənləşib. Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filipp Qordon keçirdiyi xüsusi brifinqdə Klintonun Bakıya iyulun 4-ü gələcəyini bildirib. Onun sözlərinə görə, Azərbaycan paytaxtında Klinton prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. H. Klinton həmçinin gənclərlə media azadlığı və siyasi fəallıq mövzusunda müzakirə aparacaq.GünAzTv mətbuat mərkəzinin "Ans press"-ə istinadən yaydığı məlumata görə, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları dövlət katibinin Bakıda və İrəvanda keçirəcək müzakirələrinin bir hissəsi olacaq. Dövlət katibi “Böyük səkkizliy”in zirvə toplantısında ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin prezidentləri tərəfindən qəbul edilən birgə bəyanatda vurğulanan prinsipləri dəstəkləyir və tərəfləri bu prinsiplərə əsaslanaraq irəliləyişə çağıracaq. Filipp Qordon bildirib ki, bölgədə son günlər müşahidə edilən zorakılıq sabitliyin nə qədər vacib olduğunu xatırladır.Həmin gün ABŞ dövlət katibi Azərbaycandan Ermənistana yola düşəcək. Dövlət katibi Ermənistan rəhbərliyi ilə apardığı danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə yanaşı Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesini də müzakirə edəcək.Qeyd edək ki, bu, Amerika dövlət katibinin Azərbaycana son 18 ildə ilk səfəri olacaq. Sonuncu dəfə Birləşmiş Ştatların dövlət katibi Azərbaycana müstəqilliyin ilk ilində səfər etmişdi. 1992-ci ildə Ceyms Beyker yeni müstəqil dövlətə dəstəyini ifadə etmək üçün Bakıya gəlib. O vaxtdan yüksək rütbəli Amerika rəsmilərinin regional səfərləri adətən Azərbaycandan yan ötürdü.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar