SON XƏBƏRLƏR

İranda bir bəhai kəndi buldozerlə dağıdılıb

2021.10.20, 07:36
İranda bir bəhai kəndi buldozerlə dağıdılıb

Gunaz.tv

GünAzTv: İranın Mazandaran əyalətinin mərkəzi şəhəri olan Sari yaxınlığındakı Eavel kəndində 50 bəhai ailəsinin evləri dağıdılıb.

Hökumətin yerli tərəfdarları və İran İnqilab Keşikçiləri Korpusunun (Sepah”) nəzdində fəaliyyət göstərən “Bəsic” (hökumət tərəfdarı könüllülər dəstəsi) qüvvələri evləri buldozerlə uçuraraq sakinləri didərgin salıblar.

Məlumatda bildirilir ki, sakinlər evlərinin qanunsuz sökülməsinə etiraz olaraq dəfələrlə ostandarlığa müraciət etsələr də, onların şikayətinə baxan olmayıb. Onlara deyiblər ki, başqa yolunuz yoxdur, müsəlman olmalısınız.

Beynəlxalq Amnistiya Təşkilatının hesabatına görə, hazırda İranda 300 min bəhai yaşasa da, bəhai dini İran Konstitusiyasında rəsmi bir din kimi tanınmır. İran İslam Respublikası bərqərar edildikdən bu günə qədər İranda 200-dən çox bəhai edam edilib. Media forum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar