Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: İrana qarşı BMT Təhlükəsizlik Şurası tərəfindən tətbiq edilən budəfəki sanksiyalar ciddiliyinə görə əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənməkdədir. Buna əsas səbəb dünyanın nəhəng şirkətlərinin İranla əməkdaşlıqdan vaz keçməsi bu ölkəyə ciddi maliyyə "zərbələri" vurulması və beləliklə İran iqtisadiyyatının dayaqlarının sarsıdılmasıdır. Bu fonda indi İran qonşu ölkələrlə o cümlədən Azərbaycanla iqtisadi əlaqələri gücləndirməyə xüsusi önəm verməyə başlayıb. Ekspertlər isə qeyd edir ki İranın iqtisadi cəhətdən Azərbaycanla əməkdaşlığının artması fonunda rəsmi Bakı bundan öz maraqları üçün istifadə edə bilər. Belə ki İran Ermənistanla əməkdaşlığına Bakının istəyilə müəyyən sərhəd qoya bilər. Çünki İrana qarşı iqtisadi sanksiyaların miqyasının genişlənməsi həqiqətən də bu ölkəni perspektivdə Azərbaycandan xeyli dərəcədə asılı edə bilər. Söhbət burada İrana hazır enerji o cümlədən benzin və dizel yanacağının satılmasından tutmuş rəsmi Tehranın rəsmi maliyyə əməliyyatlarının həyata keçirilməsində ölkəmizin əsas halqaya çevrilmə ehtimalının kifayət qədər yüksək olmasından gedir. Elə tətbiq edilən sanksiyalar fonunda İranın bir çox müxtəlif banklarının maliyyə əməliyyatları üçün də Azərbaycana ehtiyacının artacağı şübhə doğurmur. Çünki İranın indiyə qədər bir çox xarici ölkələrlə apardığı maliyyə əməliyyatları sanksiyalar üzündən "dondurulmuş" vəziyyətə düşür. Belə vəziyyətdə İran onunla xoş münasibət saxlayan Azərbaycana onun maliyyə kanallarına daha böyük ehtiyac duyur. Digər tərəfdən nəzərə alınmalıdır ki Bakının İranla iqtisadi münasibətləri də yüksəkdir. Bu isə İranın Ermənistan siyasətinin dəyişməsi üçün Bakıya müəyyən "kozır"lar verir. Qeyd edək ki Amerika konqresində İrana qarşı yeni sanksiyaların təsdiq olunmasından iki həftə keçmiş Fransanın neft nəhəngi "Total" İrana neft məhsullarının satışını dayandırıb. Xatırladaq ki Amerika Konqresinin qərarı İranla əlaqə saxlayan şirkət bank və digər qurumlara qarşı cərimələrin tətbiqini nəzərdə tutur. Bəzi şirkətlər o cümlədən "Dutch Shell" və BP İranla ticari münasibətlərini artıq dayandırıb. Bir neçə beynəlxalq şirkət "Total" kimi İranla əlaqələrini ixtisara salır. Məsələn ispaniyanın "Repsol" şirkəti İranın "Cənub Pars" qaz yatağının istismar haqqını qazansa da layihədə iştirakdan imtina edib. Daxil olan xəbərlərə görə Dubayın Mərkəzi Bankı maliyyə qurumlarına İranla bağlı 41 bank hesabının bağlanmasına dair göstəriş verib. "Emirates Business" qəzetinin məlumatına görə Birləşmiş Ərəb Əmirlikləri Mərkəz Bankı ölkədəki bütün maliyyə qurumlarından İranla bağlı olan 41 hesabın dondurulmasını və BMT Təhlükəsizlik Şurası tərəfindən təyin olunan dövlətə və fərdlərin adına edilən yatırımların dayandırılmasını istəyib. Xəbərdə məlumatın detalları barədə ətraflı məlumat yazılmasa da ekspertlərin fikrincə çətin vəziyyətdə olan İran üçün bu arxadan vurulan zərbəyə bənzəyir. İrana qarşı sanksiyaların tətbiqi fonunda onun qonşuları İranla əməkdaşlığını davam etdirir. Məsələn İran Azərbaycandan böyük həcmdə qaz alacağını bildirib. İranın İqtisadi və maliyyə naziri Şəmsəddin Hüseyni bildirib: "Azərbaycandan 5 milyard kubmetr qazın alınması barədə razılıq əldə olunub". Hazırda İran Azərbaycandan ildə yarım milyard kubmetr qaz idxal edir. Hələlik isə prezident Mahmud Əhmədinejad bildirib ki ölkəsi nüvə proqramı ilə bağlı danışıqları ləngidir: "Biz intiqam haqqımızı özümüzdə saxlayırıq. Təcrübə göstərir ki biz hüquqlarımızı müdafiə etməyə qadirik. Əlaqələrin bu şəkildə inkişafını istəməsək də bunda israr edənlər var. Onlar atdıqları addımlara görə heyfislənəcəklər". Onun sözlərinə görə Qərb ölkələri danışıqların bərpasından öncə 3 şərtə əməl etməli olacaq: "Tərəflər danışıqların başlamasından əvvəl bu şərtlərə münasibət bildirməli olacaq. Şərtlər danışıqların qarşısını almır yalnız onları tənzimləyir. İkincisi bilmək lazım olacaq ki bu danışıqlar artıq 5 üstəgəl 1 formatında keçmir. Danışıqlarda başqa tərəflər də iştirak edə bilər". İran prezidenti bildirib ki Tehran özünün mübahisəli nüvə proqramına dair danışıqları avqust ayına qədər təxirə salacaq. O bu qərarı İrana qarşı tətbiq edilən yeni iqtisadi sanksiyalarla əlaqələndirib. Bundan öncə İran ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyi rəhbərinin İranın nüvə proqramı barədə dediklərini psixoloji müharibə adlandırıb. Belə ki Mərkəzi Kəşfiyyat Agentliyinin rəhbəri Leon Panetta İranın iki nüvə silahı istehsalı üçün kifayət qədər materialı olduğunu bildirmişdi. İran xarici işlər nazirliyinin sözçüsü deyib ki Panettanın açıqlaması İranın nüvə proqramı haqda mənfi təsəvvür yaratmaq məqsədi daşıyır. İranın Xarici İşlər Nazirliyi isə BMT Təhlükəsizlik Şurasının 15 üzvünə rəsmi məktub göndərib. Xarici işlər naziri Mənuçöhr Möttəkinin sözlərinə görə bu məktubda İran tərəfi iyunun 9-da Təhlükəsizlik Şurasının qəbul etdiyi yeni qətnamə ilə bağlı narazılığını bildirib. O həmçinin əlavə edib ki hazırda İran İslam Respublikası məktub və Vyana qrupunun suallarına cavab hazırlayır. Möttəki qeyd edib ki Prezident Mahmud Əhmədinejadın növbələşmə və qrupun tərkibinin "5+1" həcmində genişlənməsi barədə bəyanatına əsasən İran və onun hüdudlarından kənarda yaxın günlərdə nəticələri elan olunacaq məsləhətləşmələr aparılır. Bakı-xəbər. Tahir TAĞIYEV
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu