SON XƏBƏRLƏR

Qardaş ölkə pilotsuz (xələbansız) təyyarə istehsalına başlayır

2021.10.20, 07:36
Qardaş ölkə pilotsuz (xələbansız) təyyarə istehsalına başlayır

Gunaz.tv

GünAzTv: Türkiyənin hərbi sənayesi növbəti uğura imza atmaq üzrədir. Artıq qardaş ölkə öz milli pilotsuz (xələban) təyyarəsini istehsal etmək üçün infrastruktur işlərini tamamlayıb. TUSAŞ Türk Havaçılıq və Kosmos Sənayesi AŞ-nin Baş direktoru Məhərrəm Dördqaşlı deyib ki, “MALE” adlandırdıqları pilotsuz təyyarənin dizaynı, ehtiyat hissələri və montaj işləri artıq başa çatıb. O, bu layihə üzərində 1992-ci ildən bəri iş aparıldığını və 2011-ci ildən etibarən onun kütləvi istehsalına başlanacağını söyləyib: “Bu ilin üçüncü və dördüncü rüblərində sınaq uçuşlarını həyata keçirəcəyik. Gələn ildən Türkiyə Silahlı Qüvvələri “MALE”dən istifadə edəcək”. M. Dördqaşlı pilotsuz təyyarənin bütün hissələrinin Türkiyə istehsalı olduğunu da vurğulayıb. “Təyyarəmiz 30 min fut yüksəklikdə 24 saat havada qala biləcək. Qanadlarının uzunluğu 17 metr, özünün ümumi uzunluğu 9 metr, hündürlüyü isə 1,7 metrdir. Hələ ki, işlərimiz davam edir”,- deyə M. Dördqaşlı vurğulayıb.

O, əvvəlcə türk ordusunun “MALE” ilə təchiz ediləcəyini, daha sonra digər ölkələrə satılacağını söyləyib. Türk mütəxəssis TUSAŞ-da bundan başqa layihələr üzərində də iş getdiyini bildirib.

Qeyd edək ki, Türkiyə indiyə qədər pilotsuz təyyarələri İsraildən alırdı və buna görə milyardlarla dollar pul xərcləyirdi. Artıq İsrailin Qəzzəyə yardım aparan humanitar gəmilərə atəş açmasına etiraz əlaməti olaraq, Ankara Təl Ävivlə olan bütün hərbi müqavilələri dondurub. Bir müddət əvvəl isə Türkiyə öz milli zirehlərini istehsal edəcəyini açıqlamışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar