Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Avropa Komissiyasının Azərbaycandakı missiyasının rəhbəri Rolan Kobianın Turan İnformasiya Agentliyinə müsahibə verib. Müsahibəni olduğu kimi təqdim edirik.
- Azərbaycanda “Şərq tərəfdaşlığı” proqramının reallaşmasının gedişini necə izləyirsiniz?
- İlk növbədə, bu proqramın siyasi aspekti vacibdir. Bu, Avropa İttifaqının Azərbaycana uzatdığı əldir, bütün sahələr üzrə əməkdaşlıq imkanlarıdır. Proqramın qəbul olunduğu vaxtdan ötən il ərzində müəyyən iş görülüb, geniş dialoqa başlanılıb. Bildiyiniz kimi, proqram Avropa İttifaqına yaxın 6 ölkəni əhatə edib. Yəni, bu, münasibətlərin yeni səviyyəyə qalxmasına imkan verəcək təkandır. Odur ki, gəlin, qiymətləndirmə barədə bir qədər sonra danışaq.
- Belə olan halda, Azərbaycan hakimiyyətinin Avropa İttifaqına bir o qədər də can atmaması və Avropanın da bizi istəməməsi barədə bəzi qərb diplomatlarının fikirlərini necə şərh edərdiniz?
- Zənnimcə, perspektivə baxmaq lazımdır. Hazırda biz Azərbaycan ilə Assosiativ sazişin imzalanmasını müzakirə edirik. Bu, Avropa İttifaqına daxil olmaq yolunda sonuncu mərhələdir. Lakin bundan əvvəl, əlbəttə, ölkə qəbulla bağlı xahişlə müraciət etməlidir. Bu, uzun prosesdir və hələlik mən Bakının bu niyyətini görmürım. Lakin biz bu siyasi seçimə tam hörmətlə yanaşırıq. Eyni zamanda Avropa İttifaqının narazılığından danışmağa dəyməz, çünki biz ölkədəki vəziyyəti başa düşürük. Üzv olmadan da Azərbaycan siyasi, iqtisadi, kommersiya, enerji və digər səviyyələrdə Avropa İttifaqına çox yaxındır. Biz ölkə hakimiyyətindən belə siqnallar alırıq. Odur ki, hazırda biz Assosiativ üzvlükdən danışırıq ki, bu da çox ciddi addımdır və biz artıq iyulun 16-da bu barədə danışıqlara başlamağı planlaşdırırıq.
- Sirr deyil ki, Rusiya belə yaxınlaşmadan razı deyil və Moskvadakı rəsmi şəxslər açıq bildirirlər ki, “Şərq tərəfdaşlığı” proqramı Rusiyanın maraqlarına yönəlib. Azərbaycan cəmiyyətində belə fikir var ki, məhz Rusiyanın təzyiqləri ucbatından Bakı Avropa İttifaqı ilə məsafə saxlamağa çalışır.Moskvanın mövqeyi təkcə Azərbaycanda deyil, qalan beş ölkədə də proqramın reallaşmasını poza və ya buna mane ola bilərmi?
- İlk növbədə qeyd etmək istəyirəm ki, “Şərq tərəfdaşlığı” proqramında və Avropa İttifaqının siyasətində Rusiyanın əleyhinə heç nə yoxdur. Biz sadəcə, qonşularımız ilə münasibətlərimizi dərinləşdirmək istəyirik. Bu, normal və təbiidir. “Soyuq müharibə” mirasından imtina etmək lazımdır. Ölkələrin maraqlarının bir-birinə zidd olduğu, biri üçün yaxşı olanın digəri üçün pis olduğu vaxtlar keçmişdə qalıb.Əgər Rusiyadan danışsaq, əlbəttə, bu, mühüm ölkədir və burada iştirak edir, regionun bütün ölkələri ilə çoxtərəfli əlaqələrə malikdir. Odur ki, söhbət kiminsə yerini tutmaqdan getmir. Biz həmçinin burada iştirakı mühüm və gərəkli hesab edirik, lakin özümüzü heç kimə zorla qəbul etdirmirik. Əgər biz buradayıqsa, bu o deməkdir ki, ölkənin özünün buna razılığı var və sonrakı addımlar yalnız bizim tərəfdaşlarımız ilə razılaşmalar əsasında atılır.
- Azərbaycan hakimiyyətinin demokratiyadan ehtiyatlanaraq Avropa İttifaqına və ümumilikdə Qərbə can atmaması barədə fikirləri necə şərh edərdiniz? Məsələn, ATƏT və Avropa Şurasında üzvlük çoxdan Azərbaycan hökuməti üçün başağrısına çevrilib. Belə ki, hokumət insan hüquqları və demokratiya sahəsində öhdəliklərini pozduğuna görə müntəzəm tənqid olunur.
- Birincisi, mən ölkənin modernləşdirilməsindən çəkinmək və bunu istəməmək barədə Azərbaycan hakimiyyətinin rəsmi bəyanatlarını heç zaman eşitməmişəm. Əksinə, ölkə daim yeni investisiyalara qoşulur və yeni öhdəliklər götürür.Əgər Avropanın tarixinə baxsaq, orada da insan hüquqları və demokratiyanın pozulması ilə bağlı çoxlu məqamlara rast gələ bilərsiniz. Bugünkü yekun uzun prosesin nəticəsidir, lakin onu davam etdirmək vacibdir. Azərbaycan çox gənc ölkədir və siz hələ çox şey öyrənməlisiniz. Bu, normaldır. Biz bunu başa düşürük və ona görə də burdayıq, heç nəyi zorla qəbul etdirmədən kömək etməyə çalışırıq. Biz həmçinin başa düşürük ki, islahatlar Azərbaycanın milli maraqlarına uyğundur, bizin xoşunuza gəlmək üçün deyil.Əminəm ki, Azərbaycan öz uşaqlarının və gələcək nəslin rifahını istəyir. Bizdə çoxlu tarixi nümunələr var ki, onlar təsdiqləyir ki, məhz müasir dövlətlər davamlı siyasi inkişafa və sabitliyə, uzunmüddətli çiçəklənməyə və təhlükəsizliyə malikdir. Digər heç bir hakimiyyət forması uzunmüddətli deyil və müasir tarix göstərir ki, qalanları insan mahiyyətinə ziddir. Düşünmürəm ki, Avropa İttifaqının dəyərləri kiməsə təhlükə yarada bilsin.
- Gəlin, energetikadan danışaq. Son vaxtlar “Nabukko”nun taleyilə bağlı çox spekulyasiyalar olub: layihənin dondurulduğu, təxirə salndığı və ya öz əhəmiyyətini itirdiyi bildirilib. Bu məsələyə aydınlıq gətirə bilərdinizmi?
- İlk növbədə, bu layihə Avropa İttifaqının mühüm prioritetlərindən biri olaraq qalır və bu məsələdə heç bir dəyişiklik baş verməyib. O, yalnız bizim, yəni qaz istehsalçıları üçün vacib deyil, həm də məhsulların istehlakçılara çatdırılmasına ehtiyacı olan təchizatçı ölkələr üçün vacibdir. Bu, enerji resurslarının diversifikasiyası üçün real imkandır. Layihə yalnız Avropanın deyil, həm də Azərbaycanın enerji təhlükəsizliyini möhkəmləndirəcək. Lakin başa düşmək lazımdır ki, bu layihə bütün Avropanı qaz ilə təmin edərək böyük rol oynayacaq.Vəziyyətə müsbət təsir göstərən ikinci səbəb Türkiyə və Azərbaycan arasında qaz sazişinin olmasıdır. Bu yaxınlarda əldə olunmuş saziş Avropaya qazın yolunu açdı və bir çox texniki məsələlərin həlli üçün danışıqların başlanmasını mümkün etdi.
- “Nabukko”da digər ölkələrin: İran, Türkmənistan, İraqın iştirakı mümkündürmü?
- Bizim Türkmənistan və İraqla çoxlu əlaqələrimiz var və bu ölkələr əməkdaşlıq etmək istəyirlər. Əminəm ki, gələcəkdə Türkmənistan və İran qazı “Nabukko”ya daxil olacaq. İrana gəlincə, BMT Təhlükəsizlik Şurasının bu yaxınlardakı qətnaməsi nöqteyi-nəzərindən İranın layihədə iştirakı mümkün deyil. Lakin siyasi vəziyyətin dəyişməsilə ölkənin bu layihədə iştirakı reallaşa bilər.
- Siz energetikanın Avropa üçün əhəmiyyətini və rolunu açıqladınız. Qərbin demokratiyanı neftə dəyişməsi və Azərbaycanda insan hüquqlarının pozulmasına göz yumması barədə ittihamları necə şərh edərdiniz? Brüsselin məhkum olunmuş blogerlər probleminə, Eynulla Fətullayevin işi üzrə prosesə münasibəti necədir?
- Əgər qısa desək, bu, tamamilə belə deyil. Avropa İttifaqının prinsip və dəyərləri hamıya məlumdur. Tərəfdaşlarımız bunu yaxşı bilir. Bizim ikitərəfli sənədlərin hamısında demokratiya və insan hüquqları prinsiplərini təsdiqləyən müddəalar əksini tapıb. Digər məsələ odur ki, heç kim bir günün içində dəyişmir. Biz Azərbaycanın spesifikası nəzərə alınmaqla demokratikləməyə doğru dəqiq tendensiyanın olmasına tərəfdarıq. Bizim məhkum olunmuş jurnalistlərin problemlərindən yaxşı məlumatımız var və onların gedişini izləyirik. Biz müntəzəm olaraq bu məsələləri sizin hökumətiniz ilə müzakirə edirik. Azərbaycanın Fətullayevin işi üzrə Avropa İnsan Hüquqları Məhkıməsinin qərarından apellyasiya verməməsini müsbət hal hesab edirik. Narkotik maddələrin saxlanması işi üzrə yeni məhkəməyə gəlincə, ümid edirik ki, bu qərar ədalətli olacaq. Düşünmək istərdik ki, Azərbaycanda belə proseslərin ölkənin imicinə necə mənfi təsir göstərdiyini başa düşürlər. Biz Azərbaycan yurisdiksiyasına müdaxilə etmədən bütün bunları diqqətlə izləməkdə davam edirik.
- Avropa İnsan Hüquqları Məhkıməsinin Fətullayevin işi üzrə qərarının düzgün olmaması və heç bir əhəmiyyətə malik olmayacağı barədə rəsmi şəxslərin bəyanatlarını necə şərh edərdiniz?
- Avropa İttifaqı, əlbəttə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını dəstəkləyir. Gəlin, hadisələri qabaqlamayaq və 3 aylıq müddətin başa çatmasını gözləyək. Belə ki, məhkəmənin qərarı bu müddətdə yerinə yetirilməlidir. Baxar, görək, apellyasiya olacaqmı və indiki məhkəmə necə başa catacaq. Əminəm ki, nəticədən asılı olaraq, beynəlxalq təşkilatların aydın reaksiyası olacaq.
- Qeyd etdiniz ki, Azərbaycan gənc ölkədir. Ölkənin Avropa standartlarına maksimum tez yaxınlaşması üçün nə etmək lazımdır?
- Zənnimcə, cavab çox sadədir – təhsil lazımdır. Sizin ölkənizdə infrastruktura, yolların, məktəblərin, evlərin və s. tikintisinə böyük vəsait qoyulur. Lakin bu zaman təhsilli kadr çatışmazlığı hiss olunur.Adamların yaxşı təhsil almasına imkan yaratmaq, belə kadrları irəli çəkmək lazımdır. Söhbət yalnız ali təhsildən getmir, həm də orta təhsildən gedir. Belə ki, bəzən bahalı avadanlıq və ya texnikanın işləməməsinə yalnız personalın pis öyrədilməsi səbəb olur. Mən burada müşahidə etmişəm ki, yaxşı binalarda və ya bahalı avadanlıqda ixtisası olmayan işçilər çalışıb. Bundan əlavə, sizin adamlar bunun digər ölkələrdə necə baş verdiyini görmək imkanlarına malik olmalıdır və viza rejiminin sadələşdirilməsi ilə bağlı bizim səylərimiz ona yönəlib ki, sizin adamlarınız Avropaya gedə bilsinlər, orada baş verənləri görə bilsinlər. Bu, gənc nəsil üçün çox vacibdir.
- Hazırki maliyyə böhranı Avropa İttifaqına və onun gələcək genişlənmə ideyasından imtina etməsinə necə təsir göstərə bilər?
- Hesab etmirəm ki, bu maliyyə böhranı Avropa İttifaqının genişlənmə strategiyasına təsir göstərə bilsin. Bu böhran qlobal xarakter daşıyır və Avropa İttifaqına üzvlüklə və ya avronun taleyi ilə əlaqədar deyil. Əlbəttə, bütün bunlardan ciddi nəticə çıxarılıb və maliyyə nəzarəti məsələsi sərtləşdiriləcək. Bununla belə, Avropa İttifaqına maraq azalmır və biz İslandiyanı öz sıralarımıza qəbul etmək xahişilə bu ölkədən müraciət almışıq. Əminəm ki, belə xahişlər bundan sonra da olacaq.
- Azərbaycanda xoşunuza gələn nədir?
- Sizin çox maraqlı ölkəniz var və hər şeyi dərhal əhatə etmək asan deyil. Mən musiqini, opera və cazı çox sevirəm. Mədəni tədbirlərdə iştirak etməyə çalışıram və bu, mənim çox xoşuma gəlir. Lakin sizdə xaricilərə təklif etmək üçün çoxlu başqa şeylər da var. Adamlar çox maraqlı, qonaqpərvərdir. Maraqlı ənənə və mədəniyyətiniz var.Mən dünyanı çox gəzmişəm və müqayisə apara bilərəm. Zənnimcə, siz qarşılıqlı zənginləşmə üçün başqa mədəniyyətlərə çox şeylər təklif edə bilərsiniz. Bunu etməyi öyrənmək lazımdır.Avropa İttifaqı Azərbaycana çox şey verə bilər və ondan çox şey götürə bilər.
P.S. Rolan Kobia 2009-cu ilin noyabrından Avropa Komissiyasının Bakıdakı missiyasına rəhbərlik edir. Bundan əvvəl o, energetika üzrə komissar Piebalqsın Kabinetinin üzvü olub. Daha əvvəl isə Avropa İttifaqının Keniya və Konqodakı missiyasının üzvü olub. Bundan öncə 10 il ərzində Avropa Komissiyasının Brüsseldəki mənzil-qərargahında müxtəlif postları tutub..
“Turan”
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu