SON XƏBƏRLƏR

Qardaş ölkə ilə Avropa arasında üzvlüklə bağlı danışıqlar başlayır

2021.10.20, 07:36
Qardaş ölkə ilə Avropa arasında üzvlüklə bağlı danışıqlar başlayır

Gunaz.tv

GünAzTv: Beynəlxalq icmalçılara istinadən Kipr məsələsi ilə bağlı maneələr Türkiyə-Avropa danışıqlarının uğurlu keçəcəyini sual altına almış olub.

Üzvlük haqqında danışıqlar 35 bənddən ibarətdir. Türkiyə ilə Avropa İttifaqı hazırda 13-cü bəndin müzakirəsinə keçiblər.

GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Bir çox ölkə üçün hər bir bəndin müzakirəsi irəliyə atılan önəmli addım sayılır, deyilir BBC müxbiri Jonathan Head-in məlumatında.

Lakin Türkiyə üçün, 13-cü bənddə nəzərdə tutulan qida və baytarlıq təhlükəsizliyi ilə bağlı məqamlar sonuncu müzakirə predmeti ola bilər.

Beləki, növbəti bəndlərin müzakirəsinə Kipr məsələsi ilə bağlı veto qoyulub. Parçalanmış adanın bir hissəsi Avropa İttifaqına qəbul edilsədə, Kiprin şimalını Türkiyə tərəfindən dəstəklənən hökumət idarə edir.

Adanın türk hissəsinin Avropa ilə ticarət əlaqələrinə Kipr yunan höküməti tərəfindən vetonun qoyulmasına cavab olaraq Ankara Kipr nəqliyyatı üzünə öz limanlarını bağlayıb.

Fransa, Almaniya və Avstriya ilə birlikdə Kipr Türkiyə ilə müzakirələrin daha bir neçə bəndinə blok qoyub. Bu deməkdir ki, məsələsə çözülənədək üzvlük haqqında danışıqların irəliləməsi uzaq perspektiv kimi görsənir.

Türkiyə rəsmiləri İttifaqa üzvlüyü əsas prioritet adlandırsalarda, daha çox müqavimətlə üzləşdiklərini deyirlər. Eyni zamanda rəy sorğuları əhali arasında üzvlük əldə etmək şansları ilə bağlı ümidlərin azalmasına dəlalət edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar