SON XƏBƏRLƏR

İrandan Azərbaycana qarşı növbəti təhlükə

2021.10.20, 07:36
İrandan Azərbaycana qarşı növbəti təhlükə

Gunaz.tv

GünAzTv: “İran dövləti Xudafərin körpüsü yaxınlığında Araz çayı üzərində süni göl yaradıb”. Bu barədə Ümid Partiyasının bəyanatında bildirilir. Mətbuat xidməti xəbər verir ki, yaradılmış süni göl Azərbaycanın işğal altında olan Zəngilan rayonunun Aşağı Ağalı, Orta Ağalı, Məmmədbəyli, Mincivan, Ördəkli, Akara və sair bu kimi 17 kəndini su altında qoyub.

Həmçinin həmin ərazidən işğal edilmiş Dağlıq Qarabağda yaşayan ermənilərlə İran arasında yeni keçid məntəqələri də yaradılıb: “Baş vermiş hadisə işğal olunmuş Azərbaycan torpaqlarının yenidən işğalı kimi səciyyələndirilməlidir. Ümid Partiyası olaraq İran dövlətinin Azərbaycana və Azərbaycan torpaqlarına olan münasibətini pisləyir, Azərbaycan dövlətini və bütün beynəlxalq aləmi baş vermiş hadisə ilə bağlı obyektiv münasibət bildirməyə çağırırıq. Vəziyyətin daha da gərginləşməməsi üçün bütün rəsmi orqanların və beynəlxalq təşkilatların təxirəsalınmaz müdaxiləsini vacib hesab edirik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar