SON XƏBƏRLƏR

Türk qırıcıları quzey İraqdakı PKK hədəflərini bombardman ediblər

2021.10.20, 07:36
Türk qırıcıları quzey İraqdakı PKK hədəflərini bombardman ediblər

Gunaz.tv

GünAzTv: Yerli mənbələr qırıcı təyyarələrin hədəfinin əsasən Koka, Ziakeevi, Seri və Kortuk bölgələri olduğunu bildirib.

 

GünAzTv mətbuat mərkəzinin “Anspress”-ə istinadən yaydığı məlumata görə, Son günlər çoxalan terror hadisələrinə qarşı sərhəddən kənar əməliyyatları çoxaldan Türk Silahlı qüvvələri (TSK) Kandil dağını bombardman edib. TSK-ya aid “F-16” qırıcı təyyarələri Şimali İraqda PKK terrorçularına aid hədəfləri vurub.

 

 Yerli mənbələr qırıcı təyyarələrin hədəfinin əsasən Koka, Ziakeevi, Seri və Kortuk bölgələri olduğunu bildirib. Mənbə həmçinin bombardıman olunan yerlərdə yanğınlar baş verdiyini, xəsarət alanların olduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar