SON XƏBƏRLƏR

Şəhidlər Əmani və Bəxtavər adına tədarükat komitəsinin birinci bildirisi

2021.10.20, 07:36
Şəhidlər Əmani və Bəxtavər adına tədarükat komitəsinin birinci bildirisi

Gunaz.tv

GünAzTv: Sevimli xaricdə yaşayan Azərbaycanlı vətəndaşlar!  Sayğılı Özgür insanlar!

Bildiyiniz kimi Güney Azərbaycanda milli-siyasi fəallara qarşı iran fars rejimi tərəfindən yürüdülən basqılar gün bə gün artmaqdadır. May qiyamlarının 4-cü il dönümü ərəfəsindən başlamış olan tutuqlamalar dalğası getdikcə tablaşılmaz hala gəlib çatmışdır. Bu saatacan muxtəlif şəhərlərimizdən tutuqlanan igidlərimizin sayısı 40-dan çox olaraq, tutuqlananlardan ikisi də Azərbaycanın qəhrəman qadınlarındandır. Tutuqlanan insanlarımızın bir çoxunun harda və nə durumda olduqları ilə bağlı heç bir məlumat əldə yoxdur. Bu arada dünya ictimaiyyatı, medyalar və bəşər haqları adına çalışan iran və uluslararasi hörgütlərin iran şovinist rejiminin vətənimizdə apardığı qəddarlığa göz yumub, susmaqları onun zorakılığa davam etdirib və daha sərtləşdirməsinə yol açmışdır.

Milli- siyasi aktivistlərimizə qarşı aparılan qeyri qanuni həbslər, cismi və ruhi işgəncələr və onların ailələrinə uyqulanan təhdid və təzyiqlərə etiraz olaraq, milli fəallrımızı dəstəkləmək və Güney azərbaycanda olan ağır durumu imkan daxilində dünya ictimaiyyatına yansıtmaq üçün, İsveçin İstokholm şəhərində etiraz mitinqi keçirməyi planladıq. Bu göstərni düzənləmək üçün yaradılmış tədarukat komitəsinin adına, bu yaman gündə yerləri boş görsənən unudulmaz şəhidlərimiz, Əmani və Bəxtavər adını uyğun gördük.

Beləliklə vətən sevər yurddaşları, habelə özgür vicdanlı insanları bu mitinqə qatılmaq üçün dəvət edirik.

Mitinqin zamanı: Cumartesi, həftənin 6-cı günü, july ayının 3-ü, saat 14-15.

Mitinqin yeri: Elfviksvägen -Västra Yttringegård -LIDINGÖ – iran səfirliyinin qarşısı.

Saat 13:30 dan, Gärdet Tunnelbana durağından yurddaşlarımızı iran səfirliyi qarşısına götürmək üçün arabalar tədarük edilmişdir.

əlavə məlumat üçün lütfən aşağıdakı nümrələrlə əlaqə saxlayın:

0707120563 səməd fərtaş

0737831405 duman savalan

 

Şəhidlər Əmani və Bəxtavər adına tədarükat komitəsi

2010-06-27

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar