SON XƏBƏRLƏR

İranda şirkət əməkdaşları mitinq keçiriblər

2021.10.20, 07:36
İranda şirkət əməkdaşları mitinq keçiriblər

Gunaz.tv

GünAzTv: Dünən "Pars Metal" şirkətinin 300 əməkdaşı İranın Prezident Aparatının qarşısında mitinq keçirib. Məlumatı ILNA xəbər agentliyi yayıb.

Mitinq iştirakçıları 5 aylıq maaşlarının verilməməsinə və işdən çıxarılmalarına etiraz ediblər.

 

Şirkət rəhbərliyi 12 ildir ki müqavilə ilə işləyən 150 nəfərin işdən çıxarılması haqqında qərar qəbul edib.

 

"Pars Metal" şirkətində ümumilikdə 450 işçi çalışır.  Şirkət əsasən boru istehsal edir və Tehranın qərbində yerləşir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar