SON XƏBƏRLƏR

Zəhra Fərəczadənin barəsində heç bir məlumat yoxdur

2021.10.20, 07:36
Zəhra Fərəczadənin barəsində heç bir məlumat yoxdur

Gunaz.tv

GünAzTv: Ayət (Yuruş) Mehrəlibəylinin həyat yoldaşı, iki yaşlı uşaq anası xanım Zəhra Fərəczadə 9 gün öncə İran rejimi qüvvələrinin  tərəfindən yaxalandıqdan sonra onun taleindən heç bir məlumat yoxdur.

 

Həmçinin Cənab Mehrəlibəylinin də bir müddətdir telefon əlaqələrinin kəsildiyi bildirilir. Xanım Fərəczadədən isə heç bir məlumat hetta bir qisa telefon bağlantısıda yoxdur.

 

Qeyd edək ki, xanım fərəczadə 2010-cu il iyun ayının 19-da (xordadın 29-u) Təbriz İnqilab məhkəməsinə müraciət edərək, həyat yoldaşı ilə telefon əlaqəsı saxlamaqla bağlı icazə istəmişdi. O məhz bu müraciət zamanı tutuqlanıb və həbs olundu. O zamandan bəri xanım Fərəczadənin haqqında heç bir məlumat verilməyib.

 

Xanım Fərəczadə məhkəmədə bulunarkən, hakim Haşimzadə onun tutulanması ilə bağlı qərar verib. Haşimzadə adını çəkdiyimiz xanım soydaşımızı sistemin əleyhinə təbliğdə ittiham edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar