SON XƏBƏRLƏR

Hüseynzadə və Əbdi Təbriz zindanında saxlanılırlar

2021.10.20, 07:36
Hüseynzadə və Əbdi Təbriz zindanında saxlanılırlar

Gunaz.tv

GünAzTv: Soydaşlarımız Əlirza Hüseynzadə və Rza Əbdinin Təbriz zindanında saxlanıldıqları bildirilir.

 

2010-cu il may ayının 11-də ( 1389-cu il ordibeheşt ayının 21-i), Təbriz ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən yaxalanan adını çəkdiyimiz soydaşlarımız, 2010-cu il iyun ayının 8-də (1389-cu il xordad ayının 18-i) Təbriz zindanına köçürülüblər.

 

Onlar Təbrizin nisfrah xiyabanında yerləşən iş yerlərində tutuqlanıblar.

 

Məlumata görə, Rza Əbdi zindanın “birinci” bölməsində (bənd) və Əlirza Hüseynzadə “Mali” bölmədə həbs olublar.

 

Qeyd edək ki, adını çəkdiyimiz iki fəal “Traxtur” futbol taxımının yarışlarını milli hüquqların tələbi səhnəsinə çevirməkdə ittiham olunurlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar